Icma.az
close
up
RU
Kəlbəcər şəhərsalma layihələri ilə müasir dövrün inkişaf modelinə çevrilir Deputat

Kəlbəcər şəhərsalma layihələri ilə müasir dövrün inkişaf modelinə çevrilir Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"25 noyabr - Kəlbəcər şəhəri günü ölkəmizdə mühüm tarixi hadisə kimi qeyd olunur. Həmin gün hərbi-siyasi Qələbənin təntənəsi və uzun illər davam edən işğalın nəticələrinin aradan qaldırılması istiqamətində başlanan genişmiqyaslı quruculuq mərhələsinin başlanğıcı kimi dəyərləndirilir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari xatırladıb ki, 1930-cu ildə rayon statusu alan Kəlbəcərin işğala qədər 53 min nəfərdən çox əhalisi var idi.

"Rayonun ümumi ərazisi 3054 kv. km təşkil edir və burada 1 şəhər, 1 qəsəbə, 145 kənd, həmçinin 55 inzibati ərazi dairəsi mövcud olmuşdur. Bölgənin zəngin təbii sərvətləri kənd təsərrüfatı, heyvandarlıq, sənətkarlıq və ticarət sahələrinin davamlı inkişafı üçün sabit şərait təmin etmişdir. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi nəticəsində dinc sakinlər qətlə yetirilmiş, əsir götürülmüş və əhali kütləvi şəkildə doğma yurdundan qovulmuşdur. İşğal illərində yaşayış məntəqələri, yüzlərlə tarixi və mədəni abidə dağıdılmış, mədəni irs məhv edilmiş, təbii sərvətlər isə Ermənistana daşınmışdır. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi işğalçı qüvvələrin ərazilərimizdən dərhal çıxarılmasını tələb etsə də, rəsmi İrəvan bu qərarı icra etməmişdir.

2020-ci ilin 44 günlük Vətən müharibəsi regionun taleyini köklü şəkildə dəyişdirdi. Kəlbəcər yüksək dağ massivləri, çətin keçilən sıldırım qayaları və geniş yaylaqları ilə xüsusi strateji əhəmiyyətə malik idi. Müharibə zamanı bu yüksəkliklər üzərində nəzarətin bərpası əməliyyatların gedişatına ciddi təsir göstərdi və Ermənistan ordusunun manevr imkanlarını məhdudlaşdırdı. Basarkeçər istiqamətinə nəzarətin əldə edilməsi düşmənin logistik xəttini iflic etdi. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı Kəlbəcərin heç bir döyüş aparılmadan geri qaytarılmasını təmin etdi. Bu fakt hərbi-siyasi müdrikliyin, diplomatik bacarığın və strateji üstünlüyün nəticəsi kimi dəyərləndirilir. Rayonu tərk edən ermənilərin yaşayış məntəqələrini yandırması, meşələrə od vurması və infrastrukturun qəsdən dağıdılması onların dağıdıcı niyyətlərini sübut edir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Sərəncama əsasən, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Kəlbəcərin azad olunması həm regionun təhlükəsizlik arxitekturasını möhkəmləndirir, həm də bərpa prosesinə yeni imkanlar yaradır.

Kəlbəcərdə ardıcıl olaraq inşa edilən su elektrik stansiyaları bölgənin enerji təminatını gücləndirir və yerli istehsal sahələrinin formalaşmasına imkan yaradır. Təmiz enerji mənbələrinin tətbiqi həm ekoloji tarazlığın qorunmasına xidmət edir, həm də regionun gələcək sənaye potensialını artırır. Bu layihələr bölgənin enerji ehtiyacını tam şəkildə qarşılayır və artıq elektrik enerjisinin digər istiqamətlərə ötürülməsi üçün imkanlar yaradır. Bu diyar öz qədim köklərinə söykənərək müasir şəhərsalmaya, sosial dirçəlişə və iqtisadi inkişaf perspektivlərinə doğru inamla addımlayır. Tarixi irs, strateji mövqe, təbii sərvətlər və genişmiqyaslı bərpa layihələri Kəlbəcəri gələcəyin dayanıqlı inkişaf mərkəzinə çevirir". 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Noyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri