Icma.az
close
up
RU
Kəlbəcər müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur ŞƏRH

Kəlbəcər müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Uca dağları, geniş yaylaqları, meşələri, çayları və mineral su mənbələri ilə seçilən Kəlbəcər Azərbaycanın nadir təbiət guşələrindəndir. Kəlbəcər özünəməxsus təbiəti, yerləşdiyi coğrafi mövqeyə görə fərqlənir. Xudavəng monastır kompleksi, qədim yaşayış məskənləri və digər tarixi abidələr rayonun zəngin keçmişini nümayiş etdirir. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir. Dağlıq relyefi, geniş yaylaqları, meşələri, su ehtiyatları və İstisu mineral bulaqları isə Kəlbəcərin iqtisadi və turizm potensialını artırır. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun inkişafını uzun müddət dayandırdı. Əhali doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri və sosial infrastruktur dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan dəydi. 511 dinc sakinin öldürülməsi, 321 nəfərin əsir götürülməsi və itkin düşməsi faciənin ağır nəticələrini göstərir. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərinə baxmayaraq, Ermənistan uzun illər işğala son qoymadı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşən tapdağında olan torpaqlarımızı azad etdi. Əldə olunan Qələbənin nəticəsi olaraq 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Vətən müharibəsində iştirak edənlərə göstərilən diqqət və qayğıdan irəli gələrək Kəlbəcərin azadlığı uğrunda döyüşən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və 9455 hərbi qulluqçu bu medalla təltif olundu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 25-i Kəlbəcər şəhəri günü elan edildi. Bu əlamətdar tarix azadlığın, milli qürurun və doğma yurda qayıdışın rəmzinə çevrildi. Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə şəhərin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Sənədə əsasən, şəhərin ərazisinin 130 hektardan 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada 4250 mənzildən ibarət yaşayış fondu, məktəblər, uşaq bağçaları, xəstəxanalar, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri yaradılacaq. Ərazinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması planlaşdırılır. Bu yanaşma Kəlbəcərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasına xidmət edir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri