Icma.az
close
up
RU
Kəlbəcər beynəlxalq turizm mərkəzinə çevrilir ŞƏRH

Kəlbəcər beynəlxalq turizm mərkəzinə çevrilir ŞƏRH

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

“Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura hər səfəri böyük təntəntənə ilə qeyd edilir. İşğaldan azad edilmiş ərazilərimizin sakinləri doğma ata-baba yurdlarında onlarla görüşə gələn dövlətimizin başçısını və Birinci xanımı səbrsizlikə gözləyirlərmiş kimi böyük sevinclə qarşılayırlar. Çünki dövlətimizin başçısının hər səfəri yeni obyeklərin və yaşayış komplekslərinin açılış mərasimləri, yenilərinin isə təməlinin qoyulması mərasimləri ilə yadda qalır. Prezidentin son 4 ildə Kəlbəcərə yeddinci səfəri də belə yadda qaldı. Prezident və Birinci vitse-prezidentin Kəlbəcərə növbəti səfəri tarixi gün kimi yaddaşlara həkk olunacaq. Çünki respublikamızın böyük rayonlarından olan Kəlbəcər və onun şəhəri gündən-günə canlanır, beynəlxalq turizm mərkəzinə çevrilir. Otuz iki il çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda məskunlaşmış kəlbəcərlilər artıq öz ata-baba yurdlarına qayıdır və burada rahat yaşayırlar”.

Avtosfer.az xəbər verir ki, bu fikirləri "AZƏRTAC"a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin kəlbəcərlilərlə görüşündə çıxışı zamanı bəzi məqamlara toxunaraq bildirib ki, dövlətimizin başçısı keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarında hər cür şəraiti olan mənzillərdə rahat və təhlükəsiz yaşamaları münasibətilə təbrik edib və əminliklə deyib ki, onlar bundan sonra da öz yurd-yuvalarında rahat yaşayacaqlar: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz”.

Ç.Qənizadə dövlətimizin başçısının çıxışına istinadən deyib ki, Qarabağda, eləcə də Şərqi Zəngəzurda inşaat işləri bununla bitmir. Kəlbəcərə səfər zamanı reallaşan növbəti təməlqoyma mərasimində yeni yaşayış kompleksləri inşa olunacaq və yaxın gələcəkdə digər sakinlər də doğma yurdlarında məskunlaşacaqlar. Qeyd edildi ki, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq bu dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.

Tanınmış hüquqşünas Kəlbəcərin işğalından da söhbət açıb: “Prezident İlham Əliyev dedi ki, Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur. Ondan sonrakı dövrü hamımız yaxşı xatırlayırıq. Uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə - Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və əminəm ki, qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Çünki Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı”.

Tanınmış hüquqşünas həmin kədərli günlərin artıq arxada qaldığını vurğulayaraq deyib ki, Azərbaycan dövləti və xalqımız bir yumruq kimi birləşərək Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2023-cü ilin 19-20 sentyabrında yenilməz Ordumuzun Qarabağda keçirdiyi cəmi bir neçə saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı separatçı xunta rejimini silahı yerə qoymağa məcbur etdi. Həmin gündən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin olundu. Azərbaycan xalqı ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha göstərdi.

Hüquq müdafiəçisi hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzlanmasına hazırlıq işlərinin getdiyini xatırladıb və deyib ki, ölkə başçısının qeyd etdiyi kimi, bu sənədin müəllifi Azərbaycandır. Həmin sənəddəki bəndlərin tərtibatında da ölkəmizin mövqeyi hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və inamla demək olar ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik.

Ç.Qənizadə deyib ki, Prezident İlham Əliyev kəlbəcərliləri bundan sonra dədə-baba yurdlarında rahat yaşayacaqlarına əmin etdi: “Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzulayıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Avqust 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri