Icma.az
close
up
RU
Kəlbəcər və Laçın balı nəyi ilə fərqlənir? KƏND BABAnın istehsalçısı İZAH ETDİ

Kəlbəcər və Laçın balı nəyi ilə fərqlənir? KƏND BABAnın istehsalçısı İZAH ETDİ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmaqla yanaşı, bir qrup sakinlə də görüşüb. Dövlət başçısı Xocalıya köçən sakinlərin burada gördüyü işlər, şəxsi təsərrüfatları ilə də tanış olub. İlham Əliyev Ballıcadakı qonaq olduğu evdə yerli sakinlərin hazırladığı balın da dadına baxıb. Səmimi keçən görüşlər sırasında Prezident bildirib ki, zəfərimizdən sonra ancaq Kəlbəcər və Laçın balını yeyir.
“İndi Ballıca balı da yedim”, - dövlət başçısı qeyd edib


Bəs bu bölgələrdə yetişən balın özəlliyi və keyfiyyəti digər ballardan nəyi ilə fərqlənir?


Modern.az mövzu ilə bağlı “KƏND BABA” brendli Kəlbəcər balının istehsalçısı Xalid Nağıyevlə həmsöhbət olub. 

Müsahibimiz  bildirib ki, balın keyfiyyəti onun hansı təbii şəraitdə istehsal olunmasından çox aslıdır:
“Bildiyiniz kimi, Kiçik Qafqazın, ələlxüsus da Kəlbəcərin zəngin təbiəti, bitki örtüyü, florası orada yetişən məhsullara, xüsusilə də balın keyfiyyətinə təsir edir. Təbiət nə qədər zəngindirsə, orada istehsal olunan bal da bir o qədər vitaminli, xeyirli olur. Demək olmaz ki, Aran balı pis olur və yaxud da bu ərazidəki arıçılar doğru-dürüst bal istehsal etmir. Proses eynidir, arını harada saxlamaqdan asılı olmayaraq, bütün arıçılar eyni işlə məşğuldurlar, amma təbiəti formalaşdıran arıçı deyil və balın keyfiyyətinə əsas da təbiət təsir edir”.

Bal istehsalında yerli arılara üstünlük verən arıçı qeyd edib ki, istər heyvandarlıq, istərsə də bitkilərin yetişdirilməsində hər bir coğrafi şəraitin özünə uyğun yerli məhsulu olur.
"İş adamları bəzən daha çox məhsul əldə edə bilmək üçün xaricdən müxtəlif növ heyvanlar, eləcə də arılar gətirirlər, bu normal prosesdir, amma mən yerli məhsulların istehsalında yerli heyvanlardan istifadənin tərəfdarıyam. Məsələn, biz Qafqazda yaşayan Qabaqtəpə, Boz Qafqaz arı növlərindən istifadə edirik.

Biz arıçılıq məhsullarımızı indiyədək bazara çıxarmamışıq, çünki arıçılıq bizdə nəsildən-nəsilə keçən ənənə olub. Buna görə də bal istehsalına hansısa qatqı əlavə etmək barədə düşünməmişik. Balın təmiz olub-olmaması kimi ağlımızda sual da olmayıb, çünki bizə görə tək alternativ balın təmiz olmasıdır. İndinin özündə də belədir, amma bazara çıxanda gördük ki, bizim nəzərdə tutuğumuz prinsiplər hər yerdə keçərli deyil”, - deyən arıçı vurğulayıb ki, müştərilərin də ağlında sual qalmasın deyə konkret addımlar atırlar:


“Bal istehsalçısı kimi əminəm ki, məhsulumuzda heç bir qatqı yoxdur, amma bunu həm də müştəriyə sübut etməliyəm. Bu işlə də Qida Təhlükəsizlik Agentliyi məşğul olur. Biz də öz növbəmizdə onlara istehsal etdiyimiz baldan nümunələr göndəririk, həmin nümunə xüsusi laboratoriyalarında analiz olunur və onun tərkibi müəyyənləşdirilir, göstəricilərə uyğun olaraq rəy verilir. Bu baxımdan bizim keyfiyyətli məhsul istehsal etməyimizə heç bir şübhə yeri qalmır”. 
 

X.Nağıyevin fikrincə, müştərilər özləri də balının həqiqliyini yoxlaya bilərlər və istifadə olunan üsullardan biri də “genetik yaddaş” üsuludur:

“Belə ki, bir qədər balı nəlbəkiyə əlavə etdikdən sonra üzərinə ehtiyatla soyuq su əlavə olunur və ehmalca nəlbəkini sağa-sola hərəkət etdirməklə balın üzərindəki dəyişiklik nəzarətdə saxlanılır. Bir anda bal damlasının üzərində pətək şəkili formalaşır. Əgər bu hal müşahidə olunmursa, demək ki, balın təbiiliyi şübhə doğurmalıdır. Başqa bir üsul balın qaşıqdan necə süzülməsidir. Sonadək qırılmadan süzülürsə və bitdikdə qalan hissə qaşığa doğru qayıdırsa, bu da təbii bal hesab edilir”.


Müsahibimiz deyib ki, balçılıq, arıçılıq elə bir sahədir ki, o, insanın özündən, gücündən, keyfiyyətindən, işinə yanaşma tərzindən aslı deyil. Onun məhsuldarlığı təbii şəraitdən asılıdır:


“Xüsusilə Kəlbəcər kimi bir yerdə bol məhsul almaq kifayət qədər çətindir. Təcrübəli arıçıların fikrinə istinadən qeyd edə bilərəm ki, arı əsasən ehtiyat yığdığı balı iyul ayının 15-dən avqust ayının 10-a qədər toplayır. Həmin dövrə qədər arı sadəcə özünü qidalandırır. Birmənalı şəkildə deyə bilmərik ki, balın qiyməti 10 manat və ya 15 manatdır. Ancaq bal istehsalından asılı olmayaraq arılara qulluq həmişə göstərilməlidir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri