Icma.az
close
up
RU
Eldar İbrahimov Mehdiyevə qarşı danışmaq istədi, özünü rüsvay etdi

Eldar İbrahimov Mehdiyevə qarşı danışmaq istədi, özünü rüsvay etdi

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əleyhinə verdiyi müsahibə ilə ciddi boşluqlar buraxıb.

Onlardan bəzilərini incələyək:

1. “Heydər Əliyev Naxçıvanda işləyəndə, xalqımız onu respublikaya rəhbərliyə dəvət edəndə Ramiz Mehdiyev Ulu Öndərin əleyhinə danışmaqdan çəkinmirdi”.

Bu iddia sübut tələb edir. Çünki Ramiz Mehdiyev yalnız 1989-cu ildə Rusiya nəşrinə verdiyi müsahibədə Heydər Əliyev haqda mənfi danışmışdı. Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olanda Ramiz Mehdiyev artıq buna cəsarət etməzdi və etmirdi də.

2. “Bütün bunlara (yəni Heydər Əliyevin əleyhinə olmasına) baxmayaraq, Heydər Əliyev ikinci dəfə respublikamıza rəhbərliyə başlayanda Ramiz Mehdiyevə yenə də etimad göstərərək onu Prezident Administrasiyasında Aparat rəhbəri kimi çox yüksək vəzifəyə təyin etdi”.

a) Heydər Əliyev nəhəng siyasətçi idi, əgər Ramiz Mehdiyevə “etimad” göstərmişdisə, bunun səbəbi vardı və E.İbrahimov o səbəbi fəhm etməkdə acizdir;

b) Prezident Administrasiyasının Aparat rəhbəri olmaz, Prezident Aparatı olar, “Prezident Aparatı” sonradan ”Prezident Administrasiyası”na çevrildi.

Ramiz Mehdiyev haqda danışanda heç olmasa vəzifəsinin adını doğru demək lazımdır.

3. “Ramiz Mehdiyev bir dəfə də olsun “Bir millət, iki dövlət” dediyimiz Türkiyəyə səfər etməyib, lakin daim Rusiyada müxtəlif görüşlərdə iştirak etməklə Ulu Öndərin və İlham Əliyev cənablarının etibarından sui-istifadə edərək öz çirkin əməllərini davam etdirirdi”.

a) Ramiz Mehdiyev Türkiyəyə rəsmi səfər edib, hətta 2010-cu ildə Atatürkün məqbərəsini də ziyarət edib, sonra da Türkiyə Milli Təhlükəsizlik Şurasında qurumun baş katibi Sərdar Kılıçla görüşüb.

Səfər bir neçə gün çəkmişdi, Azərbaycandan böyük nümayəndə heyəti getmişdi, heyətə də R.Mehdiyev başçılıq edirdi.

b) Ulu öndər Heydər Əliyev həm də ona görə böyük şəxsiyyət idi ki, bütün sahələrə nəzarət edirdi və istənilən yanlışı dərhal aradan qaldırırdı. Heydər Əliyevin ana dilinə sevgisi və onu qoruması, şifahi nitqində dilin qaydalarına mükəmməlcəsinə əməl etməsi ayrıca bir araşdırma mövzusudur.

Məhz Heydər Əliyev “cənabları” sözünə qarşı çıxdı və 90-cı illərdə dəbdə olan bu eybəcər, dilə yamaq olan yaltaqlıq ifadədəsini təmizlədi. Artıq Heydər Əliyevin o məşhir tənqidindən sonra “filankəs cənabları” ifadəsi dildən çıxıb.

Eldar İbrahimov gərək Ümummilli liderin tövsiyəsini unutmaya və bu yamaq ifadəni işlətməyəydi.

4. “Hələ 2003-cü ildə Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini irəli sürəndə Ramiz Mehdiyev bununla razılaşmayaraq öz tabeliyində olan adamlara İlham Əliyevin bu vəzifə üçün çox gənc olduğunu bəhanə edərək onun əleyhinə səs verməyi tapşırırmış. Çünki Ramiz Mehdiyev yalnız özünü bu vəzifəyə layiq bilirdi. O, İlham Əliyev cənablarının Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinin ilk 16 ilində də bu yüksək vəzifəni tutmaqda riyakar və çirkin əməllərini davam etdirirdi”.

a) Ramiz Mehdiyev öz tabeliyində olan adamlara İlham Əliyev əleyhinə səs verməyi tapşırıb? Harda? Partiyanın qurultayında? Axı İlham Əliyev yekdilliklə namizəd seçilmişdi!

Bəlkə, seçki günü? Ramiz Mehdiyevin ətrafı İlham Əliyevə qarşı səs verib?


Bu ittiham o qədər zəifdir ki, ciddi faktlar, şahidlər tələb edir.

5. “Ramiz Mehdiyev və ətrafına topladığı xainlər Qarabağın işğaldan azad olunması üçün hərbi əməliyyatların başlanmasına mane olurdular, bunun vaxtının çatmadığını bildirirdilər. Yalnız Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezident Administrasiyasının Aparat (yenə eyni səhv - !!!) rəhbəri vəzifəsindən azad edildikdən sonra ölkə Prezidenti qəti qərar qəbul etdi və 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə silahlı basqınına cavab olaraq əks hücum əməlliyatına başlamaq barədə qərar verdi”.

Ramiz Mehdiyev İlham Əliyevin qərarlarına və iradəsinə təsir edəcək səviyyədə bir şəxs deyildi və ola da bilməzdi. İlham Əliyev nəyi nə vaxt necə etmək lazım olduğunu bilən liderdir. Vaxtı özü hesablayır, özü müəyyən edir, özü nizamlayır və vaxtı çatanda da Ramiz Mehdiyevi, Əli Həsənovu yola saldı, Vətən müharibəsini də uğurla başlayıb-bitirdi.

Məsələn, Vətən müharibəsindən öncə 2016-da Aprel savaşı, 2018-də Cünnüt döyüşləri vardı. Yəni İlham Əliyevə kimsə mane ola bilməzdi və bilməz.

Eldar İbrahimov siyasi səhvə yol verir.

Əlbəttə, Ramiz Mehdiyevin xəyanəti, antiazərbaycan mövqeyi heç kim üçün sirr deyil.

Ancaq təəssüf ki, Eldar İbrahimov kimi qocaman siyasətçinin bu cür qeyri-real açıqlamaları Ramiz Mehdiyevin kimliyini üzə çıxarmaq əvəzinə başqa məsələlərə xidmət edir.

Eldar İbrahimov bunu qəsdən edir, yoxsa siyasi idrakı bu boydadır?

Elnur,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Dekabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri