Icma.az
close
up
RU
Kəlbəcərdə girov götürülən zərərçəkmiş: Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri diri basdırdılar

Kəlbəcərdə girov götürülən zərərçəkmiş: Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri diri basdırdılar

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən zərərçəkmiş şəxs Zabil Səfərov ifadə verib.

APA xəbər verir ki, Z.Səfərov ifadəsində 1993-cü aprel 4-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib.

“Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayrmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, - deyə o bildirib.

Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri azyaşlı, qadın, qız-gəlini təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər.

“Ermənilər bizim şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar. Həmçinin birinin qulağını kəsdilər.

Mən Şuşa “türmə”sində olarkən birinin bədənini yandırdıqlarını, xaç işarəsi qoyduqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm.

Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı.

Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özünü öldürürdülər.

Ermənistan ordusunun hərbçiləri qəbiristanlıqlarımızı talan edir, meyitləri qəbirdən çıxarıb qarət edib, təhqir edirdilər.

Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümdə zəiflik yaranıb. Dişlərimi qırdılar", - deyə Z. Səfərov diqqətə çatdırıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 May 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see259

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see143

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see124

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see121

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see119

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see119

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see118

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see117

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see116

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see116

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see115

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see114

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see113

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see113

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see113

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see113

Qarabağ cavab oyununda nə etməlidir? ANALİZ

07 Avqust 2025 14:03see112

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see112

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçiləri III təsnifat mərhələsinin oyunlarına çıxırlar

07 Avqust 2025 08:00see112

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri