Icma.az
close
up
RU
Kəlbəcərdə həyatı dağ qanunları formalaşıdırır

Kəlbəcərdə həyatı dağ qanunları formalaşıdırır

Icma.az bildirir, Modern.az portalına istinadən.

Orada şəhər komfortu axtarmayın

İşğaldan azad edilmiş ərazilərə bu gün hər birimiz fərqli regionlar kimi baxırıq. Kimsə bu yerləri adi coğrafi məkan kimi qəbul edə bilmir.

Bu torpaqlar yaddaşımızdır. Hər birimiz üçün  uzun illərin həsrətidir. Ona görə də həmin bölgələrlə bağlı baş verən hər hansı hadisəyə həddindən artıq həssas yanaşırıq.

Ekstra həssas yanaşırıq. Orada baş verən ən xırda problem belə bizdə böyük narahatlıq, təşviş doğurur. Bu da təbiidir. Çünki o torpaqların hər qarışı üçün illərlə yanmışıq. O torpaqların azadlığı üçün neçə-neçə oğullarımız ŞƏHİD olub.

Bu gün azad edilmiş bölgələrimizdə baş verən texniki problem, təbii hadisə və ya məişət çətinliyi dərhal geniş müzakirəyə çıxarılır. “Necə ola bilər?”, “Niyə qabaqcadan tədbir görülməyib?”, “Buna kim cavabdehdir?” kimi suallar bir-birini əvəzləyir.

Bunu Yeni ilin ilk günündə gördük. Əslində bu reaksiyaların kökündə xoş niyyət dayanır. İstəyirik ki, işğaldan azad olunmuş bölgələrdə hər şey ideal olsun, orada heç bir narahatlıq yaşanmasın.

Kəlbəcəri o qədər çox istəyirik ki, düşünürük, orda qar yağsın, amma soyuq olmasın, yağış yağsın, amma sel olmasın, gün çıxsın, amma isti olmasın. Bu istək sevgidəndir.

Amma gerçəklik başqadır, elə şey olmur, elə bir dünya yoxdur.

Unutmamalıyıq ki, təbiət bizim emosiyalarımızla, arzularımızla hesablaşmır. Təbiət nə qədər gözəldirsə, bir o qədər də sərtdir. Xüsusilə Kəlbəcərin təbiəti bu sarıdan çox amansıdır.

Bəli, Kəlbəcər kimi dağlıq və iqlimi kəskin olan ərazilərdə bu sərtlik hər zaman özünü göstərəcək. Qışda fırtına olacaq, qar yolları bağlayacaq, elektrik xətləri sıradan çıxacaq. Və bütün bunlar Kəlbəcər üçün fövqəladə hal sayıla bilməz. Bu, normal gerçəklik kimi qəbul edilməlidir.

Diqqət etdinizmi, Kəlbəcərdə güclü fırtına nəticəsində elektrik enerjisinin dayanması dərhal təşviş, vəlvələ mövzusuna çevrildi. Deyim ki, hətta rəsmi qurumlar da ciddi təşvişə düşdülər. Biz burada bir az dayanıb düşünməliyik. Bu cür hadisələr illər əvvəl də olub.

İşğaldan əvvəl həmin bölgələrdə yaşayan insanlar təbiətlə mübarizə aparmırdı, ona uyğunlaşırdı. Sərt iqlim onların həyat tərzinin bir parçası idi. Onlar bilirdilər ki, dağda qış başqa cür olur və buna hazır olmaq lazımdır.

İndi isə biz bəzən şəhər rahatlığını dağ reallığı ilə qarışdırırıq. Elə bilirik ki, hər şey saniyələr içində həll olunmalıdır. Əlbəttə, dövlətin və aidiyyəti qurumların məsuliyyəti danılmazdır. İnfrastruktur qurulmalı, alternativ enerji mənbələri yaradılmalı, risklər minimuma endirilməlidir. Bu istiqamətdə ciddi işlər də görülür. Amma paralel olaraq cəmiyyət olaraq bizim də psixoloji adaptasiyamız baş verməlidir.

Azad edilmiş ərazilərə qayıdış ancaq binaların tikilməsi ilə bitmir, axı...

Bu, həm də insanın təbiətlə yenidən barışması, qarışmasıdır. Orada həyat şəhər komfortu üzərində qurulmur, dağ qanunları üzərində formalaşır. Bu qanunları qəbul etmədən sağlam və davamlı yaşayış bir az çətin olar. Bunu sakinlər də, xüsusi nümayəndəlik də fərq etməlidir.

İşğaldan azad edilmiş bölgələrə münasibətdə həssaslıq lazımdır, bunun səbəbi də bir tarixdir.

Amma ekstra təşviş zərərlidir. Sevgi ilə yanaşı, anlayış da olmalıdır. Təbiətin sərtliyinə problem kimi baxmamalıyıq. Bunu reallıq kimi qəbul etməyi öyrənməliyik.

Bilməliyik ki, o torpaqlarda həyat yalnız texnologiya ilə bərpa olunmayacaq. Daha çox təbiətə uyğunlaşmaqla həyat canlanacaq.

Kəlbəcərə həqiqi qayıdış da elə buradan başlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see248

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see234

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see230

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see226

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see224

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see219

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see216

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see214

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see211

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see198

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see195

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see195

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see194

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see191

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see189

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see187

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see182

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see174

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri