Icma.az
close
up
RU
Kəlbəcərdə təhlükəsiz yaşayış üçün hər cür şərait yaradılıb

Kəlbəcərdə təhlükəsiz yaşayış üçün hər cür şərait yaradılıb

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


2020-ci il noyabrın 25-də Kəlbəcər işğaldan azad olundu. 44 günlük müharibədə Azərbaycanın qələbəsi Ağdam, Kəlbəcər və Laçının döyüşsüz azad olunmasına zəmin yaratdı. Azərbaycan Ordusu istənilən halda bu əraziləri azad edəcəkdi, sadəcə, Kəlbəcərin mürəkkəb relyefi, qış mövsümü ərəfəsinin olması müəyyən çətinliklər yarada bilərdi. Bu baxımdan Kəlbəcərin də 1 güllə atmadan azad olunması Azərbaycanın həm hərbi, həm də diplomatik qələbəsi idi.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 1993-cü il aprelin 30-da qəbul olunmuşdu.
Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb edilirdi. Lakin 27 il ərzində bu sənədin icrası ilə bağlı mexanizm işləmədi. əksinə, Ermənistanı silahlandıraraq, işğalçını daha da stimullaşdırırdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, münaqişəni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər. Lakin Azərbaycan öz məsələsini özü həll etdi. Belə ki, Azərbaycan öz gücü hesabına, təkbaşına BMT qətnamələrinin icrasına nail oldu, ərazi bütövlüyünü bərpa etdi, Kəlbəcər də 27 ildən sonra işğaldan azad edildi. Lakin ermənilər öz xislətlərini bu müddətdə də gizlədə bilmədilər. Kəlbəcəri tərk edən zaman azərbaycanlılara daha böyük ziyan vurmaq üçün əraziləri, mülki obyektləri yenidən minaladılar, evləri, meşələri yandırdılar. Bütün dünya ermənilərin əsl vandal simasını gördü. Dövlət başçımız Kəlbəcər sakinlərilə görüşdə də bildirib ki, burada bir dənə salamat bina qalmamışdır. O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər”. Təbii ki, Azərbaycan xalqı bu baş verənləri heç vaxt unutmayacaq.
Azərbaycanın işğaldan azad olunan hər bir guşəsi kimi Kəlbəcər də artıq öz doğma sakinlərini qarşılayır. Prezident İlham Əliyev 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Zallar kəndində ümumilikdə 487 ailə, Zar kəndində isə 855 ailənin məskunlaşması planlaşdırılıb.
Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Kəlbəcərə artıq yeni həyat qayıdır, burada yeni inkişaf dövrü başlayıb. Ən əsası, burada təhlükəsiz yaşayış üçün hər cür şərait yaradılıb.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri