Icma.az
close
up
RU
Kəlbəcərdən verilən strateji mesaj Azərbaycan hazır vəziyyətdədir

Kəlbəcərdən verilən strateji mesaj Azərbaycan hazır vəziyyətdədir

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Kəlbəcərdə çıxışı bir sıra mühüm məqamları özündə ehtiva edib. İlham Əliyevin mesajları regiondakı mövcud vəziyyətin həm nəticələrini, həm də perspektivlərini əks etdirib. Dövlət başçısı Azərbaycanın suverenliyinin tam bərpa edilməsinə aparan yolun əsas mərhələlərinə diqqət çəkib.

Burada dırnaqarası “Laçın dəhlizi”nin ləğvi, Laçın istiqamətində sərhəd-nəzarət məntəqəsinin yaradılması, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər strateji yüksəkliklərin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları, eləcə də 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində separatçı rejimin kapitulyasiyası xüsusi olaraq qeyd olundu. Bununla da ölkə ərazisində separatizm tamamilə aradan qaldırıldı.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşərkən strateji əhəmiyyətli bir sıra məsələlərə diqqət çəkib və mövqeyini ifadə edib:

“Bu mövqe yalnız Azərbaycan ictimaiyyəti üçün deyil, həm də Ermənistan ictimaiyyətinə, beynəlxalq birliyə ünvanlanmış mesajdır.

Prezident ilk növbədə Ermənistan-Azərbaycan münasibətlərinə diqqət çəkib. O bildirib ki, iki dövlət müqavilələrini paraflayıb. Bu da o deməkdir ki, Azərbaycan və Ermənistan müqavilənin bütün bəndləri ilə razılaşma əldə olunub və bundan sonra onda hər hansı dəyişiklik mümkün olmayacaq. ATƏT-in Minsk Qrupunun ləğvinin baş tutmaması, Ermənistan konstitusiyasında dəyişikliklərin edilməməsi, sülh müqaviləsinin imzalanmasında əsas maneədir.

Ərazilərlə bağlı məsələnin 2026-cı ildən referendum yolu ilə həll olunması perspektivi mövcuddur.

Həmçinin oxuyun:

Əliyevin mühüm səfəri: tarixi gərginlik tam başa çatdı! – Xoş xəbər

Elman Nəsirov

Eyni zamanda, Prezident tarixi zəfərimizlə bağlı məqamlara da diqqət çəkib. O vurğulayıb ki, biz bu tarixi zəfərə uzunmüddətli hazırlıqla gəldik. 2003-cü ildən başlayaraq 17 il ərzində yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər gənc nəsil yetişdirilib. Bu gənclər siyasi və mənəvi dəstək ilə tarixi zəfərin əldə olunmasında iştirak ediblər. Xalq birliyi və hakimiyyət birliyi bu zəfərin əsasını təşkil edən fundamental səbəblərdir”.

Deputat vurğulayıb ki, Prezident həmçinin İkinci Qarabağ müharibəsi zamanı və bu gün də Ermənistana hərbi dəstək verən ölkələrdən danışıb:

“Onların arasında xüsusilə Fransa və Hindistan fəal rol oynayır. Onlar Ermənistana hücum və təxribat planları hazırlayır, lakin məqsədləri uğursuzluqla nəticələnəcək. Prezident bildirib ki, Azərbaycan güclü dövlətdir və hər hansı təxribatçı addımlar atılsa, bu, onların peşmanlığı ilə nəticələnəcək.

2020-ci ildə Azərbaycan ordusunun hərbi büdcəsi 1,9 milyard dollar idi və zəfər çaldıq. Beş il sonra isə müdafiə büdcəsi 5 milyard dollara çatıb. Bu göstəricilər Azərbaycanın güclü və qalib dövlət olduğunu təsdiqləyir. Azərbaycanın ordusu yeni döyüş texnologiyaları və silahlarla təmin olunub və hazırda da strateji üstünlük əldə edir.

Azərbaycan hər zaman güclü iradəyə və qalib ordusuna əsaslanaraq milli maraqlarını qoruyacaq və hər hansı təxribatlara layiqincə cavab verəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri