Icma.az
close
up
RU
Kəlbəcərin Başlıbel kəndində kanat körpü istifadəyə verildi VİDEO

Kəlbəcərin Başlıbel kəndində kanat körpü istifadəyə verildi VİDEO

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəlbəcərin Başlıbel kəndində 1993-cü ildə erməni silahlı birləşmələrinin törətdiyi qətliam zamanı şəhid olan sakinlərin uyuduğu məzarlığa aparan kanat körpü istifadəyə verilib. Dağ çayı üzərində inşa edilən 35 metrlik körpü bundan sonra şəhid ailələrinin, kənd sakinlərinin və ziyarətçilərin müqəddəs məzarlığa təhlükəsiz və rahat şəkildə gedib-gəlməsinə imkan yaradacaq.

Moderator.az xəbər verir ki, İstifadəyə verilən körpünün tikintisi, şəhid məzarlarının üstünün götürülməsi və ərazinin abadlaşdırılması üçün bütün xərcləri Başlıbel kəndinin sakinləri olan şəhid ailəsi üzvləri Arif Süleymanov və Qalib Əbdüləliyev tərəfindən qarşılanıb. Tikinti işləri isə bütün Başlıbel kənd sakinlərinin fədakar zəhməti və birgə əməyi nəticəsində başa çatdırılıb.

Kanat körpünün uzunluğu 35 metr təşkil edir. Tikinti zamanı yüksək keyfiyyətli və davamlı materiallardan istifadə olunub. Körpü bütün təhlükəsizlik və mühəndislik tələbləri nəzərə alınmaqla inşa edilib.

Xatırladaq ki, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı erməni silahlı birləşmələri Başlıbel kəndində kəndi tərk etməyən və ya tərk edə bilməyən dinc sakinlərə qarşı qanlı qətliam törədiblər. Faciə zamanı həyatını itirən sakinlərin bir qismi mühasirədə qalan kəndlilər tərəfindən böyük risk bahasına gizli şəkildə dəfn olunub. Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra həmin məzarlar aşkar edilərək eksqumasiya olunub, DNT analizləri vasitəsilə şəhidlərin şəxsiyyəti müəyyənləşdirilib və onlar yenidən həmin ərazidə torpağa tapşırılıblar.

Şəhid məzarlığının yerləşdiyi ərazi mürəkkəb dağlıq relyefə malikdir. İndiyədək ziyarətə gələn insanlar sərt dağ cığırları ilə hərəkət etməli, gur axan və buz kimi soyuq dağ çayını keçməli olurdular. Bu isə xüsusilə yaşlı insanlar, şəhid ailələri və digər ziyarətçilər üçün ciddi təhlükə yaradırdı.

İnşa olunan kanat körpüsü həmin çətinliyi tam aradan qaldırıb. Artıq ziyarətçilər heç bir risklə üzləşmədən şəhidlərimizin uyuduğu müqəddəs məzarlığı ziyarət edə biləcəklər.

Bununla yanaşı, məzarlıq ərazisində də abadlıq və mühafizə işləri həyata keçirilib. Məzarlar yenilənərək səliqəyə salınıb, ərazi abadlaşdırılıb. Vəhşi və ev heyvanlarının məzarlığa daxil olmasının qarşısını almaq məqsədilə məzarlığın ətrafı çəpərlənərək mühafizə altına alınıb.

Kanat körpüsünün inşası həm də Başlıbel sakinlərinin birlik və həmrəyliyinin növbəti nümunəsi kimi qiymətləndirilir. Layihənin mühəndislik həlləri və maliyyə təminatı xeyirxah kənd sakinlərinin dəstəyi ilə reallaşdırılıb, tikinti və quraşdırma işlərində isə kənd sakinləri könüllü şəkildə iştirak ediblər. Bu təşəbbüs bir daha göstərir ki, milli-mənəvi dəyərlərin, şəhid xatirəsinin qorunması və yaşadılması istiqamətində vətəndaş həmrəyliyi mühüm nəticələr ortaya qoya bilir.

Beləliklə, illərdir ziyarətçilər üçün təhlükə yaradan keçid artıq aradan qalxıb. Bundan sonra şəhid ailələri, Başlıbel sakinləri və kəndə üz tutan bütün vətəndaşlar şəhidlərimizin uyuduğu müqəddəs məzarlığı daha təhlükəsiz, rahat və maneəsiz şəkildə ziyarət edə biləcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Avqust 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri