Icma.az
close
up
RU
Kəmalə Ağazadə evdən qaçan qızlar haqda danışdı: Onlara niyə qaçmısan? , o şəxs kimdir? suallarını verməyimiz çox tezdir

Kəmalə Ağazadə evdən qaçan qızlar haqda danışdı: Onlara niyə qaçmısan? , o şəxs kimdir? suallarını verməyimiz çox tezdir

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qızlarla ilkin söhbət apardıq, amma hadisələrə toxunmadıq. Onların psixoloji durumları ilə bağlı danışdıq”.

Gununsesi.info -nun məlumatına görə bunu Teleqraf-a açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O, Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində evdən qaçdıqdan 10 gün sonra taksi sürücüsünün evində tapılan yeniyetmə dayıqızı və bibiqızının reabilitasiyaya cəlb olunduğunu vurğulayıb:

“Apardığımız söhbət hadisələrlə bağlı deyil, onların psixoloji durumları ilə bağlı oldu. Onlar hazırda kənar, heç tanımadıqları yerdədirlər. Bu baxımdan hələ ki onlara adaptasiya müddəti veriləcək, bu mərhələdə onların baş verənlərlə bağlı nələr deməsi önəmli olmayacaq. Çünki bununla bağlı istintaq gedir. Bizim doğru olmayan məlumatımız istintaqın gedişinə çox böyük maneə ola bilər.

Onlara “niyə qaçmısan?”, “o şəxs kimdir?” suallarını verməyimiz çox tezdir. Bunu müzakirə etmədik. Ola bilsin ki, ailədə müəyyən problemlər var ki, uzaqlaşmaq qərarına gəliblər. Apardığımız işdən sonra müəyyən nəticələrə gəlmək olar, amma indi bu olduqca tezdir”.

Qeyd edək ki, aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Aprel 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri