Icma.az
close
up
RU
Kənan Quluzadə: Təkcə iyul ayında Azərbaycana 1 milyon 478 min xarici vətəndaş səfər edib

Kənan Quluzadə: Təkcə iyul ayında Azərbaycana 1 milyon 478 min xarici vətəndaş səfər edib

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu il daxili turizmdə artım müşahidə olunub. Ötən il ərzində ölkədə ümumilikdə 23 milyon daxili səfər qeydə alınmışdısa, bu il göstəricinin 25 milyona çatacağı gözlənilir".

Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, təxminən 40 faiz - yəni 10 milyona yaxın səfər yay mövsümünün payına düşür:

"İyun-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşların, təxminən, üçdəbiri, yəni 32 faizi məhz yay mövsümündə ölkəmizi ziyarət edir. Rəsmi statistikaya əsasən, təkcə iyul ayında Azərbaycana 1 milyon 478 min xarici vətəndaş səfər edib. Avqust ayı üzrə gözləntilər isə 1 milyon 700 mini üstələyir".

Onun sözlərinə görə, ötən illə müqayisədə ümumi göstəricilərdə təxminən iki faizlik azalma var:

"Bu azalma daha çox regional geosiyasi dəyişikliklər və münaqişələrlə bağlıdır. Ənənəvi bazarlardan olan Rusiya və Hindistandan gələn turistlərin sayında 12-14 faiz azalma qeydə alınıb. Bununla belə, Pakistan və Çin istiqamətində artım müşahidə olunur.

Hazırda ən çox diqqət ayırdığımız istiqamət Çin bazarıdır. Bununla bağlı "China Ready" proqramına start verilib. Məqsədimiz artan çinli turistləri qəbul etməyə tam hazır olmaqdır".

Agentlik rəsmisi əlavə edib ki, körfəz ölkələrindən, İsraildən və Türkiyədən gələn turistlərin sayında da artım qeydə alınır:

"2019-cu il Azərbaycan turizmi üçün rekord il sayılırdı. Hazırda ölkəmiz bütün göstəricilər üzrə, demək olar ki, həmin səviyyəni təkrarlayır. Turistlərin ümumi sayı bir qədər az olsa da, gəlirlər və yeni iş yerlərinin açılması baxımından vəziyyət 2019-cu ilə bərabərdir".

K.Quluzadə əlavə edib ki, Azərbaycanın turizm sektoru daha böyük axını qarşılamağa hazırdır:

"Turizm agentliklərimiz və operatorlarımız imkan baxımından bundan iki, hətta üç dəfə çox turisti qəbul edə bilər. Xidmət sahəsi ilə bağlı ciddi problem yoxdur. Əksinə, sektorda yeni iş yerlərinin açılması müşahidə olunur".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Avqust 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri