“Kənardan deyilənlərə fikir vermirik” Şəhriyar Əliyev Türkiyə planını belə izah etdi
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bayram bitər-bitməz elita klubları təlim-məşq toplanışına yığışacaq.
Təkcə “Turan Tovuz” yanvarın 3-də Antalyaya yollanacaq. Maraqlıdı, bu, “bozqurdlar” üçün əlavə vaxt itkisi olmayacaqmı?
“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev “Football-plus.az”ın sualını belə cavabladı:
“Reallıqla danışanda həqiqətən vaxt azdı. Bu müddət əvvəlki illərlə müqayisədə daha qısadı. Sadəcə, indiki vəziyyətdə Bakıda meydançaların çox olmaması üzündən bir çox komandanın məşq üçün əziyyət çəkdiyini görürdük. Həm də qışdı, hava şəraiti çətin olacaq. Sağ olsunlar, rəhbərlik futbolçuların yaxşı məşq keçməsi üçün şərait yaradıb. Vaxt azlığı və yorğunluq haqda düşünmürük. Kollektiv olaraq yaxşı təlim-məşq toplanışı keçərək çempionata tam hazır olmağa çalışacağıq. Kənardan deyilənlərə fikir vermirik. Komanda olaraq indi hər kəs istirahətdədi. İnşallah komanda şəklində yığışıb, ideal formaya düşmək üçün hər kəs can-başla işini görəcək”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 02 Yanvar 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















