Icma.az
close
up
RU
Kənd təsərrüfat məhsullarındakı bahalaşmanın İLGİNC SƏBƏBLƏRİ Nələrə diqqət edilməlidir? KONKRET

Kənd təsərrüfat məhsullarındakı bahalaşmanın İLGİNC SƏBƏBLƏRİ Nələrə diqqət edilməlidir? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənd təsərrüfatı məhsullarında baş verən bahalaşmanın əsas səbəbləri çoxşaxəlidir və bir neçə əsas faktorun birləşməsindən qaynaqlanır. Burada həm istehsal xərclərinin artması, həm də bazar mexanizmlərindəki boşluqlar mühüm rol oynayır.

Bəs, Kənd təsərrüfatı məhsullarında baş verən bahalaşmanın əsas səbəbləri nədir. İstehsal xərclərinin artması, yoxsa bazar mexanizmlərindəki boşluqlar?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, məsələyə hər iki amil təsir edir.

“Bir tərəfdən xərclər olduqca yüksəkdir. Bəzən deyirlər ki, kartof, soğan, yağ İranda ucuz başa gəlir, amma Azərbaycanda baha olur. Bu da səbəbsiz deyil. Məsələn, İranda dizel yanacağının 1 litri təxminən 2 qəpikdir, Azərbaycanda isə 1 manatdır. Yəni Azərbaycanda dizel yanacağı 50 dəfə bahadır. Bu da o deməkdir ki, İranda şumlama və becərmə işləri, yem istehsalı qat-qat ucuz başa gəlir. Əsas məsələ enerji daşıyıcılarının qiymətidir. Kənd təsərrüfatında istifadə olunan bütün texnikalar – traktorlar, digər mexanizmlər – dizellə işləyir. Məhsulun maya dəyərinin yarısına qədəri yanacağa gedir. Dizelin bu qədər ucuz olması İrana böyük üstünlük verir. Məsələn, İranda südün qiyməti 50 qəpikdirsə, Azərbaycanda təbii süd 2 manata satılır. Bəzən isə normal təbii süd tapmaq belə çətinləşir. Xərclərin yüksək olması məhsulun qiymətinə ciddi təsir edir.”

Ekspert qeyd edir ki, digər problem isə hazır məhsulun bazara rahat çıxış imkanlarının olmamasıdır.

“Fermerlər bəzən yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə atmalı olurlar. Bu sahədə mexanizmlər qurulmalıdır. Fermerlərin böyük şəhərlərin bazarlarına sərbəst çıxışı təmin olunmalıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə məşğul olan rayonlarda hər 15-20 min nəfərə bir emal sexi yaradılmalıdır ki, məhsullar zay olmasın və tam şəkildə istifadə edilsin. Fermer bazara çıxa bilmədiyi halda, məhsulunu bu sexlərə təhvil verə bilsin. Bu da həm fermerə qazanc gətirər, həm də ölkə üzrə kənd təsərrüfatı məhsullarının səmərəli istifadəsini təmin edər. Təəssüf ki, bu sahədə də ciddi problemlər mövcuddur.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri