Kənd Təsərrüfatı Nazirliyi fermerlərə xəbardarlıq edib
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 1-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.
Təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Fermer vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər. Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.
Bu mövzuda digər xəbərlər:Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
30 İyun 2025 15:28
Baxış sayı:149
Bu xəbər 27 İyul 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















