Icma.az
close
up
RU
Kənd Təsərrüfatı Nazirliyi Vəkillər Kollegiyası ilə əməkdaşlığa başlayır

Kənd Təsərrüfatı Nazirliyi Vəkillər Kollegiyası ilə əməkdaşlığa başlayır

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyi və Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir Məcnun Məmmədov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb. O, bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunur. Ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti təkmilləşdirilir, insan hüquq və azadlıqları etibarlı müdafiə olunur. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.

A.Bağırov məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə aparılan islahatlar, Vəkillər Kollegiyasının gördüyü işlər barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan-vətəndaş hüquqlarının və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmləri formalaşdırılıb. Vəkillik institutunu ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən mühüm təsisat adlandıran sədr insan hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin etibarlı müdafiə edilməsinin və onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsinin əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb.

Görüşdə dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, keyfiyyət və səmərəliliyinin artırılması, bu sahədə səmərəli, işgüzar münasibətlərin yaradılmasının vacibliyi, aqrar sahədə ixtisaslaşmış hüquqşünasların formalaşması və digər məsələlər müzakirə olunub.

Daha sonra əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, kənd təsərrüfatı münasibətlərinin subyektləri, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, vəkillər, aqrar sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün hüquqi maarifləndirmə ilə bağlı seminar, təlim, konfrans və təşviqat tədbirlərinin keçirilməsi, Vəkillər Kollegiyası Akademiyasında aqrar hüququn tədrisi ilə bağlı tədbirlərin görülməsi, aqrar hüquq sahəsində elmi və elmi-praktiki araşdırmaların təşviq edilməsi və maarifləndirici vəsaitlərin hazırlanması, beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi öz əksini tapıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see196

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri