Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Kənd yumurtası ilə broyleri necə fərqləndirək? Toyuqlar üç cür olur

Kənd yumurtası ilə broyleri necə fərqləndirək? Toyuqlar üç cür olur

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Noyabr-dekabr aylarında toyuqlar az yumurta verdiyi üçün hər il olduğu kimi ötən il də məhz bu vaxtlarda kənd yumurtasının bahalaşması müşahidə edilib. Hazırda kənd yumurtası 40-50 qəpiyə təklif edilir. Yəni, yumurta az, tələbat çoxdur. Lakin işbazlar tələbatı qarşılamaq üçün bu vəziyyətdən “çıxış yolu” tapırlar. Xüsusilə, yol kənarlarında, məhəllələrdə yumurta satan satıcılar broyler yumurtasını “bəzəyərək” kənd yumurtası adı ilə təklif edirlər.

Bəs vətəndaşlar bunu necə ayırd etsinlər? Ümumiyyətlə, işbazların tələsinə düşməmək üçün yumurtanı görünüşünə görə fərqləndirmək mümkündürmü?

Rəng, ölçü, dad...

Qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyev “Kaspi” qəzetinə açıqlamasında vətəndaşların aldadılması faktını təsdiqləyir. Bildirir ki, kənd yumurtası ilə broyleri fərqləndirmək asan deyil: “Kənd yumurtası ilə broyler yumurtasını görünüşünə görə ayırd etmək çətin olsa da, bir neçə əsas xüsusiyyət var ki, onlara diqqət yetirərək fərqi müəyyən etmək mümkündür. İlk diqqət edəcəyimiz məqam yumurtanın qabığıdır. Kənd yumurtasının qabığı çox vaxt eyni rəngdə olmur. Bu yumurtalar təbii yolla yetişdirilmiş toyuqlardan əldə edildiyi üçün qabığında ləkələr və rəng fərqləri ola bilər. Broyler yumurtaları isə daha parlaq və çox vaxt eyni rəngdə olur”.

Mütəxəssis vurğulayır ki, onları ölçüsünə görə də fərqləndirmək mümkündür: “Kənd yumurtaları çox vaxt bir qədər kiçik ölçülü olur. Həmçinin kənd yumurtasının sarısı daha qatı rəngdə, narıncı və ya tünd olur. Broyler yumurtalarının sarısı isə açıq sarı və solğun görünür. Bunun səbəbi kənd toyuqlarının təbii qidalarla, broylerlərin isə süni yolla zənginləşdirilmiş yemlərlə qidalanmasıdır. Təbii ki, bu səbəbdən onların dadında da ciddi fərqlər var. Bişirildikdə kənd yumurtası daha dadlı və təbii olur. Həmçinin onların qoxusu xoş təsir bağışlayır. Broyler yumurtaları isə nisbətən neytral və bir qədər fərqli dada malikdir”.

“Etibar etdiyiniz şəxslərdən alın”

Kənd yumurtasını broyler yumurtasından fərqləndirən üçüncü məqam yumurtanın qabığının keyfiyyətidir. Qida mütəxəssisi deyir ki, kənd yumurtasının qabığı broyler yumurtasına nisbətən daha qalındır: “Yumurtanı sındırarkən qabığın nə qədər möhkəm olduğunu hiss edə bilərsiniz. Kənd yumurtası seçərkən etibar etdiyiniz şəxslərdən almalısınız. Yol kənarında və ya marketlərdə kənd yumurtası adı ilə satılan məhsulların mənbəyi bəlli olmaya bilər”.

“Çatlaq və qırıq yumurtalar hər zaman risk mənbəyidir”

Yumurtanın saxlanma şəraitinə gəldikdə isə, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, yumurta tərkibinin zənginliyinə görə faydalı qidalar sırasında ilk yerlərdə olsa da, düzgün istifadə etmədikdə, zərərləri o faydalarını ötə bilər: “Yumurta mənşəyi bəlli olmayan yerdən alınmamalıdır. Əgər sənaye üsulu ilə emal olunmuş yumurtalardırsa, bu zaman üzərində mütləq tarixi göstərilməli, yeniliyini təsdiq edən məlumatlar olmalıdır. İstər kənd, istərsə də broyler yumurtası alarkən, mütləq şəkildə qabıqlarına diqqət etməliyik. Çatlaq və qırıq yumurtalar hər zaman risk mənbəyidir. İstifadə zamanı da diqqət etməliyik ki, yumurtanın sarısı və ağı qarışmasın, hər hansı xoşagəlməz qoxusu olmasın. Yumurtanın içində tünd ləkələrin olması xarab olduğunun əlamətidir. Bundan əlavə, yumurta soyuducunun hərəkətsiz hissəsində saxlanılmalıdır. Bəzən yumurtaları yuyub saxlayırlar, bu, yolverilməzdir. İstifadədən bir az öncə yuyub dərhal da istifadə olunması tövsiyə olunur”.

“Toyuqlar üç cür olur”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, kənd yumurtası adı ilə broyler yumurtalarının satılması illərdir baş verir: “Bir neçə il öncə şəhərdə bir kişi yumurta satardı və qoltuğunda da xoruz gəzdirərdi. Mən onda şübhələnmişdim və yumurta alanda görmüşdüm ki, broylerdir. Xoruzu da ona görə gəzdirirdi ki, guya kənd adamıdır. İstehlakçılar üçün kənd yumurtası ilə broyleri ayırmaq asan deyil. Toyuqlar üç cür olur. Tam azad toyuqlar – sərbəst şəkildə qidalanırlar. İkincisi yarı azad toyuqlardır. Bunlar adətən müəyyən ərazidə, açıq yerdə saxlanılır və broyler toyuqlarının yemləri və arpa, buğda ilə qidalandırılır. Üçüncü növ isə tam steril şəkildə saxlanılan broyler toyuqlarıdır. Ciddi nəzarətdə olur, tez yumurta verməsi üçün bütün vasitələrdən istifadə edilir. Bu toyuqları böyütmək üçün alqoritmlər var. Əlbəttə, onların yumurtası kənd toyuğunun yumurtası qədər dəyərli deyil və istisna olunmur ki, onların yemlərindən gələn mənfiliklər yumurtaya da keçir”.

Broyler toyuqları GMO qidalarla yemlənir?

Birlik sədri iddia edir ki, hazırda ölkəyə gətirilən GMO qidalar broyler toyuqlarına yedizdirilir: “Ötən il “Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunanda ora 25-ci maddə daxil edildi. O maddəyə görə, xaricdən gətirilən genetik modifikasiya olunmuş yemlər broyler və digər heyvan təsərrüfatlarında istifadə oluna bilər. Hazırda bu qanuna əsaslanaraq GMO yemlər gətirilir və toyuqlara verilir”. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri