Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Kəngərlidə “yanğın riski” iddiaları: həyəcan təbili, yoxsa məsuliyyətsizlik?

Kəngərlidə “yanğın riski” iddiaları: həyəcan təbili, yoxsa məsuliyyətsizlik?

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu günlərdə Ağdamın Kəngərli kəndində “yanğın riski” barədə lentə alınmış görüntülər, əslində, həyəcan təbili çalmaq üçün bir fürsət yaratdı. Bu dəfə isə “həyəcan təbili” öz vətəndaş, sakin məsuliyyətini dərk etmək istəməyən şəxslər barədədir. Kəngərli kəndində bəzi iddialarla çıxış edən Ağdam sakininin “maariflənmə” çağırışını özündə ehtiva edən kadrlarda olduğu kimi, bəzən görüntü də sinxron şərhi faş edə bilir. Mənzərə aydın olsun deyə, əvvəlcə, qısa təfərrüatla tanış olaq.

Sosial şəbəkələrdə yayılan video və səsləndirilən iddialar

Sözügedən şəxs Kəngərlidə yeni tikilmiş evləri, evlər arasındakı boş sahələri bir neçə saniyəlik videoya çəkəndən sonra telefonunun foksunu öz evinin divarına tuşlayır: “Dünən gecə bir hadisə baş verib. İstədim, onu çəkib sizi maarifləndirəm. Hər kəs bu kənddə ehtiyatlı olsun. Uşaq bilməyib, evin böyründə manqal yandırıb. Evin divarı bu vəziyyətə düşüb. İstilik dəyib, divarın içində penoplast bu vəziyyətə düşüb. Əgər bura od düşsə, divarın hər tərəfində bunun olduğunu nəzərə alsaq, beş-on dəqiqə içində – sürətli şəkildə yana bilər. Aidiyyəti orqanlar görsün, Ağdamda başqa evlər tikəndə bunu nəzərə alsınlar. Bu material təhlükəlidir. İndi kibritlə yandırıb göstərəcəyəm. Dünən gecə yandırdıq, gördük yanır”.

Videodakı iddialara dair ilkin məntiqi mülahizələr

Aidiyyəti üzrə məsələyə aydınlıq gətirməzdən əvvəl bir neçə məntiqi mülahizə yürütmək olar:

1. Bir uşağın manqal qalaması şübhəli məsələdir. Adətən həddi-buluğa çatmış şəxs manqal qalaya bilir. Videonun qərəzli və qəsdən çəkilməsi ilə bağlı ilk şübhələr buradan qaynaqlanır.

2. Videoda göründüyü kimi, o qədər geniş sahə, boşluq var. Niyə manqal düz evə bitişik qalanır?

3. Tutaq ki, buna cəhd edən kəs uşaqdır. Niyə görə, əvvəlcə, məsuliyyət, təhlükəsizlik qaydaları ilə tanışlıq öhdəliyi düşünülmür?

4. Videodan aydın olur ki, yanan hansısa material, yaxud penoplast deyil, müasir izolyasiya məqsədilə vurulan materialdır. Kəngərli sakininin dediyi kimi, hansısa material, yaxud penoplast olsaydı, ev alovlanardı və onun qarşısını almaq çətin olardı. Göründüyü kimi, Material məhz yanmadığı üçün əriyib.

FHN: istifadə edilən material yanğına davamlı Q1 sinfinə aiddir

İndi isə daha dəqiq, arqumentli və peşəkar rəylərə diqqət yetirmək lazımdır. Belə ki, məsələ ilə bağlı APA-ya açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev Ağdam rayonunun Kəngərli kəndində vətəndaş tərəfindən çəkilərək ictimailəşdirilmiş video materiallarla tanış olduqlarını, həmçinin qeyd olunan əraziyə təkrar baxış keçirildiyini və bir daha müvafiq sənədlərin təhlilinin aparıldığını deyib. Onun sözlərinə görə, qeyd olunan fərdi yaşayış evinin üzlənməsində istifadə edilən tikinti materialı Penoplex SFTK kompozit istilik izolyasiya fasad sistemlərinə daxildir:

“Bu materiallar üzrə müvafiq sınaqlar həyata keçirilib. Akkreditasiya olunmuş laboratoriyalarda aparılan sınaqların nəticələrinə əsasən, materialın yanma qrupu çətin yanan yeni - Q1 sinfinə aid edilib. Bu da həmin materialların fasadlarda tətbiqinə imkan verir. Mövcud tikinti norma və qaydaları bu materialların istifadəsini məhdudlaşdırmır. Araşdırmalar göstərir ki, material yüksək temperaturun birbaşa təsirinə məruz qalsa da, alovlanmayıb, alovu səthi ilə yaymayıb və fərdi yaşayış evində yanğının genişlənməsinə şərait yaratmayıb. Göründüyü kimi, bu material öz-özünə alışmanı dəstəkləmir və alovu yaymaq qabiliyyətinə malik deyil”.

Polkovnik qeyd edib ki, alovun birbaşa təsiri nəticəsində material öz strukturunu dəyişərək deformasiyaya uğrayıb: “Daha çətin yanan materiallar, o cümlədən metal materiallar belə yüksək temperaturun təsirinə məruz qaldıqda ərimə və deformasiya hallarına məruz qala bilir”.

FHN-dən vətəndaşlara açıq alovla bağlı çağırış

O, sonda vətəndaşları diqqətli olmağa çağırıb: “Vətəndaşlarımız həyətyanı sahələrdə açıq alovdan istifadə edərkən bina və qurğularla yanğına qarşı müəyyən olunmuş ara məsafələrinə ciddi riayət etməlidirlər. Bununla yanaşı, ərazi yanan materiallardan tam təmizləndikdən sonra açıq alovdan istifadə edərək ocaq qalamaq və ya yandırma işləri aparmaq mümkündür. Bu zaman alova ciddi nəzarət edilməlidir. Əks halda, bu cür səhlənkarlıq vətəndaşların sağlamlığına və əmlakına yanğın nəticəsində ciddi zərər vurulmasına səbəb ola bilər”.

Məsuliyyətsizlik və əsassız iddialar faktlarla təkzib olunur

Polkovnik Cəmil Xudiyevin açıqlamasından göründüyü kimi, təkrar aparılan təhlillər, əslində, problemin kökündə böyük məsuliyyətsizliyin və bu məsuliyyətsizlik az deyilmiş kimi, həqiqəti əks etdirməyən iddiaların olduğunu sübut edir.

Dövlət Ekspertiza Baş İdarəsi: evlər normativlərə tam uyğundur

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli isə açıqlamasında Ağdamda tikilən fərdi yaşayış evləri ilə yanaşı, ümumilikdə azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərinin keyfiyyəti barədə də bir neçə məqama toxunub: “Respublikamızda həyata keçirilən bütün tikinti işləri qüvvədə olan çoxsaylı normativ sənədlərin tələblərinə uyğun şəkildə layihələndirilir və icra olunur. İşğaldan azad olunmuş ərazilərdə aparılan bütün tikinti işləri, o cümlədən fərdi yaşayış evləri və Prezidentin dəfələrlə açılışını etdiyi kəndlərdəki evlər həmin tələblərə tam riayət olunmaqla inşa olunub. Tikintidən öncə lazımi səviyyədə layihələr hazırlanıb, müvafiq icazələr alınıb və bundan sonra tikinti işləri icra olunub. Bu evlərin xarici divarları mişar daşından - el arasında “kubik” adlandırılan materialdan - inşa olunub, divarın qalınlığı 40 sm təşkil edir. Mərtəbəarası örtüklər, dam örtüyü və döşəmələr monolit dəmir-betondan, yüksək markalı betondan hazırlanıb. Evlərin divar künclərində əlavə olaraq dəmir-beton sütunlar quraşdırılıb. Tikililər yerləşdiyi ərazidən asılı olaraq 8-9 bal gücündə zəlzələyə davamlı şəkildə layihələndirilib və sakinlər üçün komfortlu yaşayış şəraiti yaradılıb.

Evlərin daxili planlaşdırılmasına mətbəx və sanitar qovşaqları daxil edilib, istilik sistemi kombi vasitəsilə təmin olunub, su və kanalizasiya xətləri çəkilib. Fasadlarda istilik izolyasiya qatı tətbiq olunub, üzəri suvaq və dekorativ örtüklə tamamlanıb ki, bu da daxildə tam komfort şəraitinin yaradılmasına xidmət edir”.

İdarə rəisi qeyd edib ki, bu evlərin möhkəmliyinə heç bir şübhə ola bilməz:

“Respublikamızda fərdi yaşayış evləri ilk dəfə olaraq bu səviyyədə komfortlu və möhkəm şəkildə inşa olunur. Hadisə ilə bağlı məsələyə toxunaraq bildirmək istəyirəm ki, yaşayış evlərinin divarlarına yaxın ərazilərdə açıq alovla bağlı işlərin aparılması tövsiyə olunmur. Əgər bu evlər normativ tələblərə uyğun olaraq taxta konstruksiyalardan inşa edilsəydi, taxtanın tez alışan material olması səbəbindən daha ağır fəsadlar yarana bilərdi. Hətta pəncərə qarşısında belə yanğın baş versəydi, plastik profillər əriyərək alovun evin daxilinə keçməsinə və daha ciddi nəticələrə səbəb ola bilərdi. Lakin göründüyü kimi, baş vermiş hadisə ağır fəsadlarla nəticələnməyib”.

“Bu evlərdə yaşamaq rahat və təhlükəsizdir”

Təyyar Hüseynli bildirib ki, bu evlərdə yaşamaq rahat və təhlükəsizdir:

“Kəngərli kəndinin sakinlərinə, eləcə də Qarabağda yeni inşa olunmuş evlərə köçən bütün həmvətənlərimizə müraciət edirəm ki, onlar bu mənzillərdə rahat və təhlükəsiz şəkildə yaşaya bilərlər. Evlər yüksək keyfiyyətlə inşa olunub və narahatlığa əsas yoxdur. Vətəndaşlardan xahiş olunur ki, yanğınla əlaqəli hər hansı işləri həyata keçirərkən yaşayış evlərindən kənar məsafədə icra etsinlər”, – o vurğulayıb.

Bərpa, Tikinti və İdarəetmə Xidməti: izolyasiya materialı sertifikatlıdır

Məsələyə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin də münasibəti gecikməyib. Xidmətin Keyfiyyətə nəzarət və Əməyin Təhlükəsizliyi departamentinin müdir müavini, Keyfiyyətə nəzarət şöbəsinin müdiri Ramin Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Kəngərli kəndində inşa edilmiş fərdi yaşayış evləri tikinti norma və qaydalarına, o cümlədən təsdiqlənmiş layihə sənədlərinə uyğun şəkildə tikilib. O bildirib ki, burada istifadə edilən istilik izolyasiyası materialı layihə tələblərinə uyğun olaraq yanğına davamlılıq xüsusiyyətinə malik olmaqla müvafiq keyfiyyət sertifikatlarına malikdir və Q1 (alovlanmayan) sinfinə aid olan materialdır: “Üzərinə çəkilmiş fasad suvaq-izolyasiya qatı isə onu açıq alovdan tam şəkildə mühafizə edir. Vətəndaş yanğın təhlükəsizliyi ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyib və nəticədə bu hal baş verib”.

Ev sahibinin atası: “Tikinti ilə bağlı heç bir şikayətimiz yoxdur”

Aidiyyəti qurumların rəyini öyrənib çəkilən videonun həqiqətə uyğun olub-olmamasını müəyyənləşdirdikdən sonra həmin evdə yaşayan şəxslərlə əlaqə saxlamağa çalışdıq. Sözügedən videonu çəkən Rüstəmov Murad Vəli oğlunun atası Rüstəmov Vəli Həsən oğlu bildirib ki, evlərinin vəziyyəti yaxşıdır: “Yanğınla bağlı dəqiq bir şey deyə bilmirəm. Hadisə baş verən vaxt evdə olmamışam. Yanğının necə baş verdiyini dəqiq bilmirəm. Onu deyə bilərəm ki, yaşadığımız evlərin vəziyyəti normaldır. Evimiz 3 otaqlıdır, hər cür şəraitlə təmin olunub. Hazırda yaşadığım evlə bağlı, tikinti şəraiti ilə əlaqədar heç bir şikayətim yoxdur”.

Dezinformasiya panika yaradır: hüquqi reaksiya zəruridir

Materialda saatlarla manqalı divara bitişik şəkildə istifadə edən, sonra isə yalan və böhtan xarakterli məlumat yayan vətəndaşı kəskin tənqid etməkdə fayda var. Bu cür dezinformasiyalar insanlar arasında panika və narazılıq yaradır. Belə hallara qarşı müvafiq dövlət orqanlarının sərt reaksiyası vacibdir. Bu kimi yalan və böhtan xarakterli materiallar yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Dekabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri