Keniya liderinin qızı Qlobal Cənubu dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan hər zaman Qlobal Cənubu dəstəkləyib və töhfə verməyə hazırdır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu SMACHS Fondunun təsisçisi və baş direktoru, Keniya prezidentinin qızı Şarlen Ruto aprelin 28-də Bakıda keçirilən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı Forumda çıxışı zamanı deyib.
O bu dəstəyə görə Azərbaycana dərindən minnətdar olduğunu söyləyib:
"Azərbaycan hər zaman Qlobal Cənubu dəstəkləyib və töhfə verməyə hazırdır. COP29 da buna bariz nümunə idi. Bu platforma bizim üçün dönüş nöqtəsi olmalıdır".
Ş.Ruto bildirib ki, bu gün keçirilən təsis konfransı da gələcəyi qurarkən Qlobal Cənubun inkişafı üçün bir təkan olacaq:
"Bu platforma Qlobal Cənubun gücünü artırmağa fokuslanıb. Buna görə də biz birləşməliyik. Çünki tərəqqiyə güclü birlik olmadan nail ola bilməyəcəyik. Bu, ekosistemləri qoruya bilmək üçün lazımdır. Dəniz səviyyəsinin artması, quraqlıq problemlərinə qarşı tədbir görülməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 28 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















