Icma.az
close
up
RU
Düşünən Azərbaycanın siması: XUDU MƏMMƏDOV

Düşünən Azərbaycanın siması: XUDU MƏMMƏDOV

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samir ƏSƏDLİ

Bu gün Azərbaycan elminin, milli düşüncəsinin və ziyalılıq fəlsəfəsinin nadir simalarından biri olan Xudu Məmmədovun anadan olmasının 98-ci ildönümüdür. Zaman keçdikcə aydın görünür ki, Xudu Məmmədov təkcə alim deyil, milli ideologiyanın daşıyıcısı, ziyalı mövqeyinin canlı nümunəsi idi.

Xudu Məmmədov üçün ziyalılıq vəzifə, titul və ya elmi dərəcə deyildi. O, ziyalılığı məsuliyyət, milli şüur və əxlaqi mövqe kimi qəbul edirdi. Onun fikrincə, ziyalı cəmiyyətin arxasınca getməməli, cəmiyyəti arxasınca aparmalıdır. Məhz bu baxış onu dövrünün bir çox “rahat alimlərindən” fərqləndirirdi.

Sovet ideoloji basqılarının hökm sürdüyü bir zamanda Xudu Məmmədov millilikdən imtina etmədən, lakin açıq qarşıdurmaya girmədən, düşüncə ilə müqavimət göstərməyi bacaran nadir şəxsiyyətlərdən idi. Onun çıxışlarında, yazılarında və şəxsi söhbətlərində Azərbaycan dili, milli yaddaş, xalqın tarixi və mənəvi bütövlüyü daim ön planda idi.

Xudu Məmmədov kristalloqrafiya sahəsində dünya səviyyəli alim kimi tanınsa da, onun əsas fərqləndirici cəhəti elmi ideologiyadan ayırmaması idi. O, elmi neytral bir sahə kimi yox, xalqın gələcəyinə xidmət edən düşüncə aləti kimi görürdü.

Onun fikrincə Elm millətin ruhundan qopanda texniki bilikdən o tərəfə keçmir; Alim öz xalqını tanımırsa, elmi də yarımçıqdır; Milli kimliksiz intellekt, yad ideologiyalara xidmət edən boş mexanizmdir.

Bu baxımdan Xudu Məmmədov elmin milliləşməsi ideyasının Azərbaycandakı ən erkən və ən dərin təmsilçilərindən biri idi.

Xudu Məmmədovun ən böyük xidmətlərindən biri də gənc nəsli düşünməyə öyrətməsi idi. O, tələbələrinə hazır cavablar verməzdi, onları sual verməyə, şübhə etməyə, müqayisə aparmağa məcbur edərdi. Çünki onun fikrincə, düşünməyən insan asan idarə olunur, düşünən insan isə azad olur.

Bu gün də aktuallığını itirməyən fikirlərindən biri belə idi: “Millətin gələcəyi onun nə qədər savadlı olmasından yox, nə qədər düşünə bilməsindən asılıdır.”

Bu, sadəcə pedaqoji yanaşma deyil, ideoloji manifest idi. Xudu Məmmədov fenomeni: səssiz müqavimət idi. O, tribunadan şüarlar səsləndirmədi, siyasi çağırışlar etmədi. Amma fikirləri ilə imperiya düşüncəsini sarsıdan ziyalı idi. Milli kimliyin sovet “internasionalizmi” içində əridilməsinə qarşı o, mədəni müqavimət xəttini seçmişdi. Dilə, ədəbiyyata, tarixə, milli düşüncəyə verdiyi dəyər bunun açıq sübutudur.

Xudu Məmmədovun 98-ci ildönümü sadəcə xatirə günü deyil. Bu gün onun irsi bizə bir sual ünvanlayır: Rahat susan ziyalı modelini yox, məsuliyyət daşıyan, risk edən, düşünən ziyalı modelini. Bu Xudu Məmmədov yolun simvoludur.

Xudu Məmmədov Azərbaycan üçün yalnız keçmişin böyük alimi deyil. O, bugünün və gələcəyin ideoloji ölçüsüdür. Onu xatırlamaq kifayət deyil, onu anlamaq və davam etdirmək lazımdır.

Çünki millətlər torpaqla yox, ziyalılarının düşüncə səviyyəsi ilə yaşayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri