Icma.az
close
up
RU
Keniyanın Dövlət Prokurorluğunun Direktoru: COP29un dünya üçün böyük töhfələr verə biləcəyinə əminəm AZƏRTAC

Keniyanın Dövlət Prokurorluğunun Direktoru: COP29un dünya üçün böyük töhfələr verə biləcəyinə əminəm AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Kamran Əliyev Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Keniya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını və iki ölkə arasında ortaq prinsiplərə və əməkdaşlığa əsaslanan güclü siyasi əlaqələrin yüksələn xətlə inkişaf etməkdə olduğunu bildirib.

O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edərək bunun beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsi olduğuna diqqət çəkib.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini və iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

O, ölkəmizdə keçirilən COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayaraq tədbir çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevə xoş arzularını çatdırıb.

Baş prokuror Kamran Əliyev COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya zamanı Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın təsirli çıxışını vurğulayıb.

Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri