Kennedi Mərkəzinin 2026 cı il mükafatçıları bəlli oldu
Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-də incəsənət və əyləncə sahəsinin ən nüfuzlu təltiflərindən sayılan Kennedi Mərkəzinin 2026-cı il fəxri mükafatlarının laureatları açıqlanıb.
Kulis.az xəbər verir ki, bu il mükafat Pol Anka, Devid Foster, Endi Qarsiya, Devid Mamet və Barbara Mandrellə təqdim olunacaq.
Mükafatçılar müxtəlif sənət sahələrini təmsil edirlər. Pol Anka pop musiqisinin tanınmış bəstəkarı və ifaçısıdır, Devid Foster musiqi prodüseri kimi məşhurdur. Endi Qarsiya kino və televiziya aktyoru, Devid Mamet dramaturq və ssenarist, Barbara Mandrell isə kantri musiqisinin tanınmış ifaçılarındandır.
Mərasimin dekabrın 7-də keçirilməsi planlaşdırılır. Bu il tədbir ənənəvi Kennedi Mərkəzində deyil, “Capital One Arena”da baş tutacaq. Beləliklə, uzun illərdir eyni məkanda keçirilən mərasim ilk dəfə başqa ünvana köçürülür.
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu Tessa Hedlinin yeni kitabı nədən bəhs edir? Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri üçün müsabiqə elan edildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Noyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















