“Kəpəz” 3 futbolçusunu göndərdi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Kəpəz” klubu üç futbolçusu ilə yolları ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müqavilə müddəti başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk ediblər.
T.Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. “Kəpəz”də iki mövsüm keçirən Nicat Süleymanov 20 oyunda 1 qolla yadda qalıb. Yarımmüdafiəçi 2022/2023 mövsümdə 28 oyunda 2 dəfə fərqlənib.
Gəncə təmsilçisində icarə əsasında iki mövsüm keçirən Camal Cəfərov isə son çempionatda 31 matçda 2 qolla yadda qalıb. O, bundan əvvəlki mövsümdə 11 oyuna çıxıb.
Baxış sayı:108
Bu xəbər 30 İyun 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















