Icma.az
close
up
RU
“Kəpəz” ardıcıl 4 cü oyunda uduzdu, Naxçıvan zirvəyə yüksəldi

“Kəpəz” ardıcıl 4 cü oyunda uduzdu, Naxçıvan zirvəyə yüksəldi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kəpəz (Gəncə) - Araz-Naxçıvan 0:2 (0:0)
22. Məmməd Hüseynov - 5,0
29. Məqsəd İsayev - 5,5
38. Cefferson Bentu - 5,0
29. Dioqo Verdaşka - 5,0
88. Şakir Seyidov - 5,5
(21. Sadiq Şəfiyev, 81) - qiymətsiz
7. Ehtiram Şahverdiyev - 5,0
(15. Raul Məmmədov, 73) - 3,5
6. Pedro Qomeş - 4,5
12. Mahamadu Ba - 4,5
10. Rinosuke Ohori - 6,0
(55. Kresus Donqo, 73) - 4,0
11. Vitor Feyjao - 5,5
(77. Fərid Nəbiyev, 81) - qiymətsiz
9. Luis Paçu - 5,0
Ehtiyat oyunçular
1. Kasper Rosa
81. Elgün Bayramov
99. Əli Səmədov
17. Ümid Səmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
19. Otar Aptsiauri
Baş məşqçi: Adil Şükürov
Komandanın ən yaxşısı: Rinosuke Ohori
12. Kristian Avram - 5,5
5. Slavik Alxasov - 7,0
4. Rahil Məmmədov - 5,5
17. İssuf Paro - 5,5
34. Urfan Abbasov - 5,0
29. Vanderson Melo - 5,5
(2. Qara Qarayev, 77) - qiymətsiz
6. Patrik Andrade - 6,0
(8. Coşqun Diniyev, 89) - qiymətsiz
10. Felipe Santos - 6,5
23. Nuno Rodriges - 6,0
(19. Bar Kohen, 66) - 6,0
70. Şarl Boli - 5,5
(7. Hamidu Keyta, 66) - 5,0
11. Çance Simakala Ba-Muaka - 6,5
(14. Ülvi İsgəndərov, 66) – 6,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
3. Bəxtiyar Həsənalızadə
26. Ömər Buludov
22. Elçin Mustafayev
24. Mustafa Əhmədzadə
77. Bruno Franko
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Slavik Alxasov
Qollar: S.Alxasov, 65 (0:1, Ç.Simakala). B.Kohen, 86 (0:2, F.Santos).
Hakimlər: RAUF CABBAROV, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov (Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
12 sentyabr. Qəbələ. Şəhər stadionu. 200 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Araz-Naxçıvan” Qəbələyə cari mövsümdə uduzmayan komanda kimi təşrif buyurmuşdu, “Kəpəz” isə ardıcıl üç məğlubiyyətdən sonra, nəhayət, xal qazanmaq istəyirdi. Düşünmək olardı ki, yığma fasiləsi Adil Şükürovun və gəncəlilərin işinə yarayacaq. Ancaq...

Çox sürətli başlayan oyunun axarına nəzarət, gözlənildiyi kimi, qonaqların əlində idi. Elə ilk təhlükəli vəziyyəti də naxçıvanlılar yaratdı. 14-cü dəqiqədə Nunonun ötürməsindən sonra Slavik topu boş qapıya göndərsə də, qol ofsayd üzündən ləğv olundu. Qarşılıqlı top itkiləri çox, qapılar önündə təhlükəli vəziyyətlərin sayı isə az idi. Feyjao 36-cı dəqiqədə uzaqdan zərbə endirdi, amma Avram yerində idi və bu topu qaytarmaq onun üçün çətin olmadı. Bir dəqiqə sonra qonaqlar daha böyük qüvvə ilə irəli atıldı. Hücumu Slavik uzaqdan zərbə ilə tamamladı, ancaq top qapı torunu üstdən silkələdi.
Komandalar 2-ci hissəyə heç bir dəyişiklik etmədən başladı. Adil Şükürov oyunçu dəyişikliyi etməsə də, taktiki sxemdə əl gəzdirdi, Şakir Seyidovu dayaq yarımmüdafiəçisi mövqeyinə çəkdi. İlk hücum gəncəlilərdən gəldi. 58-ci dəqiqədə cərimə meydançasına daxil olan Məqsəd qapıya güclü zərbə endirsə də, Avram topu qaytardı. Qonaqlardan isə Patrik 64-cü dəqiqədə qapıya dəqiq, amma güclü olmayan zərbə vurdu.
Nəhayət, 65-ci dəqiqədə hesab açıldı. Santosdan ötürmə alıb sağ cinahla irəliləyən Simakala penalti nöqtəsi həndəvərinə ötürmə verdi. Heç kimin nəzarət etmədiyi Alxasov çox rahat şəkildə topu tora göndərdi. Gəncəlilər hesabı bərabərləşdirməyə çalışsalar da, real qol vəziyyətlərindən danışmaq çətin idi. 75-ci dəqiqədə Paçu cərimə meydançasının xətti üzərindən çox yöndəmsiz zərbə vurdu. Naxçıvanlılar da boş dayanmırdı. 86-cı dəqiqədə oyunun taleyini həll edən qol vuruldu. Avramın başladığı hücumu Ülvi davam etdirdi, onun hücuma qoşduğu Felipe Santos Koheni zərbə mövqeyinə çıxardı. Bu artıq “Kəpəz”in cari mövsümdə ardıcıl 4-cü məğlubiyyəti mənasına gəldi.
Oyunun sonlarında Şükürovun komandası nə qədər çalışsa da, təsəlli qolu belə vura bilmədi. “Araz-Naxçıvan” bu qələbədən sonra zirvəyə yüksəldi. Daha doğrusu, “Qarabağ” – “Zirə” oyununun heç-heçə bitməsi də buna şərait yaratdı.
Gözdən qaçmadı
Stadionun monitoru ikinci hissədə düzəldi.
“Kəpəz”i hərəsində 10-15 nəfər olmaqla üç azarkeş qrupu dəstək verirdi.
Gəncəli azarkeşlər Avramı Norveçlə oyunda 11 qol buraxdığına görə lağa qoydu.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri