Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə görüşüb

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə görüşüb

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kəpəz” klubunda 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Futbolpress.az xəbər verir ki, görüşdə “Kəpəz” PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev, İdarə Heyətinin üzvü Umud Tarverdiyev, həmçinin II Qarabağ Müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən “Kəpəz” Futbol Akademiyasının U-13 komandasının baş məşqçisi Talıb Rzayev, klubumuzun azarkeşlərlə əlaqələndiricisi Nəimi Mustafayev, “Kəpəz”in fanatları Kərim Quliyev və Nəriman Əliyev iştirak ediblər.

Qonaqları səmimi qəlbdən salamlayan Anar Abdullayev onlara dövlətimizin ərazi bütövlüyü uğrunda yağı düşmənlə qanlı mübarizədə göstərdikləri şücaətə görə minnətdarlığını bildirib. O, 44 gün ərzində qazanılan qələbənin yalnız hərbi uğur deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin, dövlətə və Vətənə bağlılığının təntənəsi olduğunu diqqətə çatdırıb: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin nəticəsi olaraq şanlı ordumuz 44 gün ərzində zəfər çaldı. Qəhrəmanlıq salnaməsini yazan qeyrətli oğullarımız hamıya nümunədir, iftixar və qürur mənbəyidir. “Kəpəz” ailəsi olaraq, sizinlə fəxr edir, zəfər yürüşündə göstərdiyiniz qəhrəmanlığı yüksək qiymətləndiririk. Vətənimizin azadlığı və suverenliyi uğrunda həyatını qurban verənlərə Allahdan rəhmət diləyir, qazilərə cansağlığı arzulayırıq”.

Vaxtilə futbolçu qismində “Kəpəz”in şərəfini qorumuş, hazırda akademiyada çalışan Talıb Rzayev klub rəhbərliyi tərəfindən göstərilən diqqətə görə minnətdarlığını bildirib. 2020-ci il sentyabrın 27-də başlayan şərəfli döyüş yolundan danışan çalışdırıcı Zəfər Gününün gələcək nəsillər üçün əmanət olduğunu söyləyib: “Həmin ərəfədə hamıda ruh yüksəkliyi var idi, illər ərzində yığılıb qalan qisas hissi ilə alışıb-yanırdıq. Cəbhə xəttində bir an olsa belə nikbinliyimizi itirmədik və nəticədə tarixi qələbə qazandıq. Hazırda “Kəpəz” Futbol Akademiyasında futbolun sirlərini öyrətdiyimiz uşaqları təkcə peşəkar idmançı deyil, eyni zamanda gələcəyin əsgəri kimi yetişdiririk”.

“Kəpəz”in azarkeşlərlə əlaqələndiricisi Nəimi Mustafayev də Zəfər Gününün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu vurğulayıb: “Bu möhtəşəm qələbə xalqımızın milli yaddaşında, dövlətçilik tarixində və gələcək nəsillərin təfəkküründə daim yaşayacaq. Zəfər tarixini yaşatmaq həm də şəhidlərimizə, qazilərimizə və onların doğmalarına ehtiram göstərmək deməkdir. Sevindirici haldır ki, “Kəpəz” rəhbərliyi də bu ənənənin yaşamasında fəal iştirak edir. Biz də “Kəpəz”in fanatları olaraq, sizi dəstəkləyirik, Gəncənin rəmzlərindən birinə çevrilən klubumuzla bağlı gələcək planlarınızda uğurlar arzulayırıq”.

Görüşün sonunda “Kəpəz” PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev qazilərə hədiyyələr bağışlayıb.

Klub rəhbərliyi və müharibə veteranları birgə xatirə fotosu çəkdiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Noyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri