Kəpəz sabiq baş məşqçisi ilə razılığa gəlib
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Kəpəz" yeni baş məşqçisinin adını tezliklə açıqlayacaq. Azər Bağırovun vidasından sonra boş qalan postu başqa yerli mütəxəssis tutacaq.
Oxu.Az "Futbolinfo"ya istinadən xəbər verir ki, gəncəlilər bir neçə mütəxəssislə danışıq aparsa da, namizədlərin sayı ikiyə enib. Hazırda son müzakirələr aparılır və Adil Şükürovla ortaq məxrəcə gəlindiyini demək olar. Təcrübəli mütəxəssislə bütün şərtlər razılaşdırılıb.
Maliyyə şərtlərində ciddi artım yoxdur - əvvəlki məşqçiylə müqayisədə qismən çox maaş alacaq Şükürov tezliklə heyətin formalaşdırılmasına başlamaq istəyir. "Kəpəz" onun təyinatını açıqlayan kimi oyunçu seçimlərinə start veriləcək.
Xatırladaq ki, Adil Şükürov 2023/24 mövsümünün əvvəlində çətin vəziyyətdə olan komandanı qəbul edərək Premyer Liqada saxlamağı bacarmışdı. Ötən mövsüm isə "Kəpəz"in bərbad startı Şükürovun istefasıyla nəticələndi.
Baxış sayı:83
Bu xəbər 30 May 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















