Kəpəz Şamaxı oyunu ilə bağlı Gəncədə gücləndirilmiş rejimə keçildi
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının IV turunda keçiriləcək “Kəpəz” – “Şamaxı” matçı ilə bağlı Gəncə şəhərində ictimai nəqliyyat sentyabrın 4-də axşam və gecə saatlarında gücləndirilmiş rejimdə işləyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı meydan sahibi klubun mətbuat xidməti yayıb.
Azarkeşlərin qarşıdakı oyuna böyük marağını nəzərə alan klubun rəhbərliyi bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinə müraciət edib. Nəticədə minlərlə azarkeşin Gəncə Şəhər Stadionuna rahat gəliş-gedişinin təşkili üçün 3 marşrut xətti (6, 7 və 12 nömrəli marşrutlar) üzrə avtobusların sayının artırılması və iş saatının uzadılması barədə qərar verilib:
Bu marşrut xətləri üzrə sərnişindaşımalar saat 23:30-a qədər davam edəcək.
Qeyd edək ki, “Kəpəz” və “Şamaxı” arasındakı görüş saat 20:15-də start götürəcək.
Baxış sayı:134
Bu xəbər 03 Sentyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















