“Kəpəz”də məşqçilik kurslarına start verildi FOTO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Kəpəz” Təlim-Məşq Mərkəzində AFFA-nın “C” kateqoriyalı məşqçilik kursları başlayıb.
İdman.Biz xəbər verir ki, kurslara “Kəpəz”in əsas komandasının məşqçisi Etibar İbrahimov rəhbərlik edir.
“Kəpəz” Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev təlimatçı, İlkin Verdiyev və Talıb Rzayev isə məsləhətçi funksiyasını yerinə yetirirlər.
AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov tədbirə qonaq qismində qatılıb.
Təlimlərdə Gəncə, Tovuz, Şəmkir və Samuxdan 15-dək çalışdırıcı iştirak edir. Onların arasında “Kəpəz” Futbol Akademiyasının əməkdaşı Sahil Şahməmmədov da var.
Kursların birinci modulu noyabrın 12-dək davam edəcək. Ümumilikdə dörd moduldan ibarət kursların yekununda fərqlənən iştirakçılar müvafiq kateqoriyaya sahib olacaqlar.
Baxış sayı:84
Bu xəbər 09 Noyabr 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















