Icma.az
close
up
RU
“Kəpəz”in legioneri: “Daha çox qol vurmaq istəyirik”

“Kəpəz”in legioneri: “Daha çox qol vurmaq istəyirik”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İki həftədir ki, bu oyuna hazırlaşırıq və məşqlər yaxşı gedir. Çempionatda yaranan fasilədən maksimum şəkildə yararlanmağa çalışdıq”.
Futbolpress.az xəbər verir ki, bu fikirlər “Kəpəz”in  futbolçusu Valdemar Almeydaya məxsusdur. Yarımmüdafiəçi klubun mətbuat xidmətinə “Araz-Naxçıvan”a qarşı matçla bağlı danışarkən belə deyib. O, uğurlu nəticəyə kökləndiklərini bildirib:“Məqsədimiz bəllidir, bütün qarşılaşmalara xal üçün çıxırıq. Bu günlər ərzində də məşq planımız hesabımıza üç xal əlavə etmək üzərində qurulub. Oyuna hazırlaşmaq üçün milli komandaların oyunları səbəbindən kifayət qədər vaxtımız olub. Diqqətimizi məşqlərə cəmləmişik. Fasilədən yaxşı yararlanmalıyıq”.

“Pana” ləqəbli oyunçu qış fasiləsinə qədər komandanın daha çox xal toplamağı qarşısına məqsəd qoyduğunu deyib:

“Məşqlərdə və oyunlarda gördüyümüz işi davam etdirməliyik, belə olan halda qələbələr təbii olaraq gələcək. Çünki futbolda möcüzə yoxdur, əgər yaxşı işləyirsənsə, deməli, nəticəsi olacaq. Bir müddət əziyyət çəkə bilərsən, amma bunun qarşılığında bəhrəsi həmişə görünəcək. Biz daha çox qol vurmaq istəyirik. Sonuncu yerdən kənarda qış fasiləsinə yollanmaq möhtəşəm olacaq”.

Almeyda açıqlamasında öz oyunu barədə danışmaq istəmədiyini qeyd edib. İşinə kənardakıların qiymət verməsini istəyib:

“Oyunum haqqında danışmağı çox sevmirəm, başqalarının danışmasına üstünlük verirəm. Kluba və həmkarlarıma çox yaxşı uyğunlaşıram və bu, meydançada işləri asanlaşdırır, özümdən müsbət enerji ötürməyə çalışıram. Təcrübəmi, biliklərimi komandanın oyununun, nəticəsinin yaxşılaşması üçün ortaya qoyuram. Azərbaycan futbolunun tarixi xüsusiyyətini özündə cəmləyən, əynimdə daşıdığım köynəyi daha da şərəfləndirmək üçün var gücümlə çalışacağam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Noyabr 2024 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri