Alimlər xərçəng riskini azalda biləcək vitamini açıqladı Hər kəs tanıyır
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
C vitamini mədədə potensial kanserogen maddələrin əmələ gəlməsini məhdudlaşdıra bilər. Xüsusilə kolbasa, bekon və salam kimi nitrat və nitrit tərkibli qidalar qəbul edilərkən bu vitaminin qoruyucu təsiri ola biləcəyi ehtimal edilir.
Moderator.az “ScienceDaily” nəşrinə istinadən xəbər verir ki, Kanadanın Vaterloo Universitetinin alimləri riyazi modelləşdirmə vasitəsilə C vitamininin həzm prosesindəki mümkün təsirini araşdırıblar.
Nitrat və nitritlər emal olunmuş ətlərdə, eləcə də bəzi tərəvəzlərdə olur. Bu birləşmələr mədədə kimyəvi reaksiyalara girərək nitrozaminlər də daxil olmaqla, xərçəng riski ilə əlaqələndirilən maddələrin yaranmasına səbəb ola bilər.
Tədqiqatın ilk müəllifi Qordon Maknikolun sözlərinə görə, qidalanmada C vitamininin miqdarı nitrat və nitritlərin təsiri ilə bağlı əvvəlki araşdırmaların ziddiyyətli nəticələrini izah etməyə kömək edə bilər.
Alimlər hazırladıqları modeldə tüpürcək vəziləri, mədə, nazik bağırsaq və qan plazmasında baş verən prosesləri nəzərə alıblar. Hesablamalar göstərib ki, nitrat və nitritlərlə eyni vaxtda qəbul edilən C vitamini potensial zərərli birləşmələrin əmələ gəlməsini məhdudlaşdıra bilər.
Maraqlıdır ki, tədqiqatçılar yeməkdən sonra C vitamini qəbulunun da müəyyən qoruyucu təsir göstərə biləcəyini müəyyən ediblər. İspanaq kimi yarpaqlı tərəvəzlərin tərkibində həm nitratların, həm də C vitamininin olması da bu baxımdan diqqət çəkir.
Bununla belə, araşdırmanın nəticələri insanlarla aparılan klinik sınaqlara deyil, riyazi modelə əsaslanır. Buna görə də C vitamininin xərçəng riskini həqiqətən azaltdığını təsdiqləmək üçün əlavə laboratoriya və klinik tədqiqatlara ehtiyac var.
Araşdırma “Journal of Theoretical Biology” jurnalında dərc olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 17 Noyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















