Icma.az
close
up
RU

Kəpəzin legioneri: Futbolda möcüzə yoxdur, yaxşı işləyirsənsə, nəticəsi olacaq”

Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.

"Operativ Media" xəbər verir ki, bunu "Kəpəz"in legioneri Valdemar Almeyda klubun mətbuat xidmətinə müsahibəsində bildirib.

“İki həftədir ki, bu oyuna hazırlaşırıq və məşqlər yaxşı gedir. Çempionatda yaranan fasilədən maksimum şəkildə yararlanmağa çalışdıq”. Bu fikirlər komandamızın futbolçusu Valdemar Almeydaya məxsusdur. Yarımmüdafiəçi klubun mətbuat xidmətinə “Araz-Naxçıvan”a qarşı matçla bağlı danışarkən belə deyib. O, uğurlu nəticəyə kökləndiklərini bildirib: “Məqsədimiz bəllidir, bütün qarşılaşmalara xal üçün çıxırıq. Bu günlər ərzində də məşq planımız hesabımıza üç xal əlavə etmək üzərində qurulub. Oyuna hazırlaşmaq üçün milli komandaların oyunları səbəbindən kifayət qədər vaxtımız olub. Diqqətimizi məşqlərə cəmləmişik. Fasilədən yaxşı yararlanmalıyıq”. 

“Pana” ləqəbli oyunçu qış fasiləsinə qədər komandanın daha çox xal toplamağı qarşısına məqsəd qoyduğunu deyib: “Məşqlərdə və oyunlarda gördüyümüz işi davam etdirməliyik, belə olan halda qələbələr təbii olaraq gələcək. Çünki futbolda möcüzə yoxdur, əgər yaxşı işləyirsənsə, deməli, nəticəsi olacaq. Bir müddət əziyyət çəkə bilərsən, amma bunun qarşılığında bəhrəsi həmişə görünəcək. Biz daha çox qol vurmaq istəyirik. Sonuncu yerdən kənarda qış fasiləsinə yollanmaq möhtəşəm olacaq”.

Almeyda açıqlamasında öz oyunu barədə danışmaq istəmədiyini qeyd edib. İşinə kənardakıların qiymət verməsini istəyib: “Oyunum haqqında danışmağı çox sevmirəm, başqalarının danışmasına üstünlük verirəm. Kluba və həmkarlarıma çox yaxşı uyğunlaşıram və bu, meydançada işləri asanlaşdırır, özümdən müsbət enerji ötürməyə çalışıram. Təcrübəmi, biliklərimi komandanın oyununun, nəticəsinin yaxşılaşması üçün ortaya qoyuram. Azərbaycan futbolunun tarixi xüsusiyyətini özündə cəmləyən, əynimdə daşıdığım köynəyi daha da şərəfləndirmək üçün var gücümlə çalışacağam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 20 Noyabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see195

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see151

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri