Icma.az
close
up
RU
Kəpəzin legioneri: Futbolda möcüzə yoxdur, yaxşı işləyirsənsə, nəticəsi olacaq

Kəpəzin legioneri: Futbolda möcüzə yoxdur, yaxşı işləyirsənsə, nəticəsi olacaq

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İki həftədir ki, bu oyuna hazırlaşırıq və məşqlər yaxşı gedir. Çempionatda yaranan fasilədən maksimum şəkildə yararlanmağa çalışdıq”.

Sportal.az xəbər verir ki, bu fikirlər "Kəpəz"in futbolçusu Valdemar Almeydaya məxsusdur. Yarımmüdafiəçi klubun mətbuat xidmətinə “Araz-Naxçıvan”a qarşı matçla bağlı danışarkən belə deyib. O, uğurlu nəticəyə kökləndiklərini bildirib:

“Məqsədimiz bəllidir, bütün qarşılaşmalara xal üçün çıxırıq. Bu günlər ərzində də məşq planımız hesabımıza üç xal əlavə etmək üzərində qurulub. Oyuna hazırlaşmaq üçün milli komandaların oyunları səbəbindən kifayət qədər vaxtımız olub. Diqqətimizi məşqlərə cəmləmişik. Fasilədən yaxşı yararlanmalıyıq”.

“Pana” ləqəbli oyunçu qış fasiləsinə qədər komandanın daha çox xal toplamağı qarşısına məqsəd qoyduğunu deyib:

“Məşqlərdə və oyunlarda gördüyümüz işi davam etdirməliyik, belə olan halda qələbələr təbii olaraq gələcək. Çünki futbolda möcüzə yoxdur, əgər yaxşı işləyirsənsə, deməli, nəticəsi olacaq. Bir müddət əziyyət çəkə bilərsən, amma bunun qarşılığında bəhrəsi həmişə görünəcək. Biz daha çox qol vurmaq istəyirik. Sonuncu yerdən kənarda qış fasiləsinə yollanmaq möhtəşəm olacaq”.

Almeyda açıqlamasında öz oyunu barədə danışmaq istəmədiyini qeyd edib. İşinə kənardakıların qiymət verməsini istəyib:

“Oyunum haqqında danışmağı çox sevmirəm, başqalarının danışmasına üstünlük verirəm. Kluba və həmkarlarıma çox yaxşı uyğunlaşıram və bu, meydançada işləri asanlaşdırır, özümdən müsbət enerji ötürməyə çalışıram. Təcrübəmi, biliklərimi komandanın oyununun, nəticəsinin yaxşılaşması üçün ortaya qoyuram. Azərbaycan futbolunun tarixi xüsusiyyətini özündə cəmləyən, əynimdə daşıdığım köynəyi daha da şərəfləndirmək üçün var gücümlə çalışacağam”.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sportal.az
archiveBu xəbər 20 Noyabr 2024 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see137

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see126

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see126

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see122

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see121

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see119

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see119

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see118

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see117

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see117

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see117

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see116

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see115

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri