“Kəpəz”in sabiq kapitanı Gəncə klubunun çıxışını dəyərləndirdi
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Kəpəz”in bir neçə oyununu izləmişəm. Komanda öz meydanında çox yaxşı təsir bağışlayır”.
Bu sözləri Gəncə təmsilçisinin sabiq kapitanı Yeqor Xvalko deyib.
29 yaşlı müdafiəçi “sarı-göylər”in cari mövsümdəki çıxışını dəyərləndirib.
“Uşaqlar həqiqətən də azarkeş dəstəyinə layiqdirlər. Yəqin ki, heç kim komandadan belə nəticə gözləmirdi. Artıq “Kəpəz”in əla stadionu da var. Matçlara çoxlu azarkeş gəlir və möhtəşəm atmosfer yaradırlar”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qazaxıstanın “Atırau” klubu ilə müqaviləsi başa çatan belaruslu futbolçu yenidən Azərbaycana qayıtmaq istədiyini də gizlətməyib:
“Mövsümün son oyunundan sonra müqaviləmin müddəti başa çatdı. Hazırda hər şey mümkündür. Mənim üçün yaxşı təklif olsa, böyük məmnuniyyətlə Azərbaycana qayıdaram”.
Qeyd edək ki, futbolçu 2022-ci ildən 2025-in yayına qədər “sarı-göylər”in formasını geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 06 Noyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















