Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Kərbəla müsibətini Tbilisidə yaşadılar

Kərbəla müsibətini Tbilisidə yaşadılar

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Təsəvvür edin ki, əlinizdə olan pulu verib müqəddəs bir yola çıxdığınıza əminsiniz. Hər keçən saat arzusunda olduğunuz ziyarətin gerçəkləşdiyini düşünürsünüz. Lakin son dayanacaq Kərbəla deyil, Tbilisi olur. Tbilisinin çöllərində pulsuz-parasız, yeməksiz qalırsınız.

Nə qədər absurd səslənsə də, bu real hadisədir. Bu barədə zərərçəkən zəvvarlar TV-yə müraciət ediblər. İddia olunub ki, turizm şirkətlərindən birinin rəhbəri Rasim Şahbazov 200-ə yaxın şəxsin hər birindən 600 dollar alaraq Kərbəla ziyarəti adıyla avtobuslara mindirərək onları Tbilisidə yarıyolda qoyub.

Rasim Şahbazov zəvvarlara deyib ki, "siz gedin Tbilisi şəhərinə, mən isə arxasınca gələcəyəm". Realda pulları mənimsəyərək əsl "müqəddəs" kimi qeybə çəkilib.

Zərərçəkən zəvvarlar deyirlər ki, tur rəhbəri onlara geridönüş biletləri də almayıb. Onlar da öz üzərilərində əlavə pul götürmədiklərindən bilet alıb geri dönə bilmirlər.

İndi bu yazıqların halı necə olacaq, bunu tək Allah bilir.

Təbii ki, hər kəs öz dini inancında azaddır. Kim hara istəsə gedə bilər. Lakin bu addımı atanda dələduzların tələsinə düşməmək üçün təkcə dini inamdan deyil, bir qədər də tənqidi düşüncədən istifadə etmək lazımdır.

Dələduzların geniş yayıldığı sahələrdən biri də məhz dini sahədir.

Burada heç kimə məlum olmayan "müqəddəs" yerlərdən tutmuş, hansısa uydurma rəvayət üzərində qurulmuş pir və ocaqlar da əsas rol oynayır. Əsas şərt isə arzu tut, bu "ocağa", "ağaca", "heykələ" nəzir ver. Vəssalam, arzun yerinə yetəcək.

Əslində bu ibtidai davranışın kökləri lap qədim zamanlara gedib çıxır.

İbtidai insan da daha yaxşı ov etmək üçün özü üçün uydurduğu tanrılara pay verir, meşə ruhunu, səma tanrısının könlünü almaq üçün ayinlər keçirirdi.

Daha sonra eyni xətt atəşpərəstlərdə od-atəşə ibadətdə davam etdi.

Qədim Misirdən tutmuş Yunanıstana qədər çox tanrılıq meydana çıxdı. Bu tanrılar üçün məbədlər tikildi, onlar üçün qurbanlar gətirildi.

Yəni insan övladının ən qədim yaddaşında bu ver-al münasibəti durur. Tanrıya nəsə verməliyəm ki, ondan nəsə alım.

Bu gün müasir dövrdə dinləri öyrənən kifayət qədər istiqamətlər mövcuddur. Təəssüf ki, insan övladı təməl dini qanunlara qarşı çıxaraq, yenə də öz bildiyini edir. Onun düşüncəsinə görə nəsə verməliyəm ki, nəsə alım.

Dini turizm istiqamətinin yaranmasının da məhz bu ehtiyacdan meydana çıxması iddia olunur. Çox sayda insan dinindən asılı olmayaraq müqəddəs yerlərə getməklə günahlarının bağışlanmasının və arzularının yerinə yetirilməsinin daha effektiv olmasına inanır.

Məsələn, katolik xristianlar üçün Vatikanda Pyotrun çarmıxa çəkildiyi yer, Pyotrun qəbrinin üzərində inşa olunan Müqəddəs Pyotr kilsəsi, Müqəddəs Pyotr meydanı olduqca vacib ziyarət yerlərindəndir. Günümüzdə də Vatikana hər il 5-6 milyon zəvvar ancaq ziyarətə gəlir.

İslam dünyasında isə dini turizmin ən qədim forması həcc zəvvarlığıdır. İlk həcc ziyarəti İslamdan əvvəl ərəblər üçün mövcud olub, islamın gəlişi ilə, yəni 7-ci əsrdə daha böyük ərazilərə yayılıb və müsəlmanlar artıq kütləvi şəkildə Məkkə və Mədinəyə dini səfərlər təşkil etməyə başlayıblar.

Həccə gedən ilk azərbaycanlı ilə bağlı tarixi məlumat olmasa da, kütləvi şəkildə prosesin XIX əsrdən başlandığı iddia olunur.

Hər il həcc ziyarətinə təxminən 2.5 milyon, ümrə ziyarətinə təxminən 6-7 milyon zəvvar qatılır.

Bundan əlavə, müsəlmanlar üçün müqəddəs sayılan kəslərin məzarları da əsas dini turizm nöqtələri kimi fəaliyyət göstərir.

Yəni bütün dinlərdə dini turizm müqəddəs şəxs, onun ölümü, dəfni, məzarı və daha sonra əsrlər boyu zəvvarların ziyarətini müəyyən edir.

Bu biznesin əsas qayəsi isə odur ki, zəvvarlar müəyyən pul qarşılığında mənəvi ehtiyaclarını ödəmiş olurlar.

Bəs qazanan tərəf hansıdır?

Təbii ki, ilk növbədə zəvvarları qarşılayan tərəf, həmin ölkənin iqtisadiyyatı. Zəvvarların qaldığı məkanlar, hotellər, kafe və restoranlar, nəqliyyat sahəsi, turları təşkil edən şirkətlər.

Lakin heç də hər kəs zəvvarların mənəvi ehtiyaclarına vicdanla yanaşmır. Dini turizm sahəsi fərqli olduğundan burada insanları aldatmaq da çətin deyil.

Dələduzlar da bu istiqamətdə müəyyən uğurlar əldə ediblər. Onlar ən çox zəif və ehtiyac içində olan insanları hədəf alırlar. Onları aşağı qiymət, məhdud büdcə ilə tora salır, sonra isə düzdə buraxıb yoxa çıxırlar.

Ən maraqlısı isə odur ki, ən müxtəlif sosial səviyyədən olan zəvvarlar dələduzların dediyi hər sözə inanaraq əllərində olanı asanlıqla təslim edirlər.

Düşünürəm ki, bu hadisə bir daha bizə və yaxınlarımız üçün xəbərdarlıq olacaq. Ziyarət və yol hər nə qədər müqəddəs olsa da, biletin tarixinə, qiymətinə, hotelin yerinə diqqət yetirmək lazımdır. Səfərə çıxarkən sığortalanmaq və yalnız zamanın və insanların sınağından keçmiş turizm şirkətlərinə etibar etmək lazımdır.

Ziyarət hər nə qədər mənəvi cəhətdən yüksək və dəyərli olsa da, heç kim 50 manatlıq bir şeyi, sənə 50 qəpiyə verməyəcək.

Allaha inanmaq həm də onun verdiyi beyini lazımi istiqamətdə çalışdırmaq deməkdir. Oxumaq, savadlanmaq deməkdir. Hansısa duanı əzbərləməklə yanaşı, hansısa qaydaları öyrənmək də fayda verə bilər.

Əks halda, ən müqəddəs yola düşünmədən çıxanda, həyatın ən böyük tələsinə düşmək mümkündür. Yenə Tbilisi çöllərində qalan zəvvarların halına dövlətimiz çatacaq ki, onları geri qaytarsın. Allah dövlətimizi qorusun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri