Icma.az
close
up
RU
Süni yağlar “kərə yağı” adı ilə satılır?

Süni yağlar “kərə yağı” adı ilə satılır?

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Müxtəlif kimyəvi maddələr vasitəsilə hazırlanan süni yağların “kərə yağı” adı ilə marketlərdə satıldığını tez-tez müşahidə edirik. Saxta yağlar əsasən bazarlarda, ara marketlərdə və s. satılır. Habelə ildən-ilə də qiymət artımı baş verir. Bəli, bəzi işbazlar insan sağlamlığına önəm vermədən öz mənaeflərini güdür, daha çox qazanmaq barədə düşünürlər.

Bəs qeyd etdiyimiz süni yağlar necə hazırlanır? Keyfiyyətli kərə yağını necə seçək? Suallarımıza cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla həmsöhbət olduq. O, Missiya.Az-a açıqlamasında bildirib ki, “kərə yağı” adı ilə satılan bir çox yağlar bitki yağlarının qarışmasından əmələ gəlir:

“Bilirik ki, nənələr inək və yaxud qoyun südünü sərir, onun qaymağını yığaraq normal yağ hazırlayır. Məlumdur ki, altda qalan südü artıq 94 faiz sudur. Lakin ağ rəngədədir. Bəzi nənələrimiz ona yararlılıq müddəti keçmiş, atılmalı olan marqarinləri qarışdırır, 80 dərəcəyə qədər qaynadırlar. Nə qədər qaynatsalar da marqarinlə su qarışmır. Sonra hamalizator deyilən cihaza o mayeni tökürlər. Onu bircins mayeyə çevirirlər, yeni süd ortaya çıxır. Hansı ki, tərkibi heyvan mənşəli yox bitki yağları mövcuddur. Yenidən onu sərib qaymaq, sonra yağ düzəldirlər. Beləliklə, ucuz qiymətə satılan nehrə yağları belə əmələ gəlir. Heç laboratoriyada onların mənşəyini tapa bilmirlər. Hətta ciddi marketlərdə belə üzərində inək şəkli çəkilmiş, təbii olduğu iddia edilən müxtəlif yağlar var. Bunların da bir çoxu bitki yağı qarışığı olur, onu da kiçik hərflərlə etiketin hansısa hissəsinə yazırlar. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi etiket məlumatları ilə məhsulun tərkibini araşdırılması istiqamətində ciddi işlər görür. Lakin hələki lazımi nəticələr əldə edilməyib. Bəzi bitki yağlarının üzərində təbii olduğu bildirilsə də, lakin bunlar spred yağıdır. Tərkibindəki bitki yağının mənşəyi yazılmır. AİB olaraq iş aparırıq ki, sözügedən məhsulların mənşəyi də qeyd edilsin. Şübhəsiz, istehlakçıların məlumat əldə etmək hüquq var”.

Eyyub Hüseynovun sözlərinə, görə uzun illər AİB-ə uzaq ölkələrdən gətirilən yağlar barədə zənglər gəlirdi:

“6 il öncə Yeni Zelandiyaya konfransa getdim, Azərbaycana yağ göndərən zavodda oldum. Oradakı kolleqalarımızın köməyi ilə həmin zavodda Azərbaycan dilində yağın markalanmasını gördüm. Fermer təsərrüfatına da yollandım və məlum oldu ki, Yeni Zelandiyada heyvanlar tam açıq havada otlayır. Yağ da ucuz başa gəlir. Həmçinin, qiymət monitorinqi apardım. Əmin olduq ki, normal məhsullardır. İnsanlar yağ seçərkən əgər məhsul bükülübsə onu sıxsınlar. Hansı daha bərkdirsə o keyfiyyətlidir, çünki dondurlanda çox bərk olur və kəsiləndə əzilib tökülür. Onları əridəndə spesifik iy vasitəsilə müəyyənləşdirmək mümkündür”.



Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://missiya.az
archiveBu xəbər 02 Aprel 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri