Icma.az
close
up
RU
AİB sədri: Kərə yağı bazarı qida seqmentinin çirklənmiş hissələrindən biridir

AİB sədri: Kərə yağı bazarı qida seqmentinin çirklənmiş hissələrindən biridir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, müəyyən olunan konkret faktlar üzrə qurum tərəfindən qanunamüvafiq tədbirlər görülür. Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb. Qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları bunlardır: Yeni Zelandiyaya məxsus kərə yağı, Çinə məxsus nərə kürüsü, Özbəkistana məxsus araxis və ərik qurusu, Rusiyaya məxsus mal piyi və dondurulmuş donuz əti məhsulları.


Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, kərə yağı bazarı qida seqmentinin çirklənmiş hissələrindən biridir:


“Yeni zellandiyadan təxminən 5-6 zavoddan Azərbaycana kərə yağı idxal olunur. Altı il öncə Yeni Zellandiyada konfransa səfər edən zaman Azərbaycana kərə yağı göndərən zavodda oldum. “West Gold” kərə yağının Azərbaycan dilində markalanmasına və orada istehsal olunmasına fikir verdim. Fermer təsərrüfatına getdim, baxış keçirdim. Orada heyvanlar il boyu açıq havada otlayırlar, təbii yem ilə qidalanırlar və ona görə də Azərbaycana ucuz yağ gəlir. Hətta yağın qiymət monitorinqini apardım. Məlum oldu ki, ucuz başa gəldiyi üçün Azərbaycanda normal bir qiymətə gəlib çıxır. Bu “West Gold”  yağları idi və bazarda da bu yağlardan var. Lakin bununla bərabər Azərbaycan əmtəə bazarında Zellandiyadan gətirilən saxta yağlar barədə daim Azad İstehlakçılar Birliyinə məlumatlar gəlib. Məsələn, bir neçə il öncə Gürcüstandan Azərbaycana Yeni Zellandiyanın saxta yağları idxal olunurdu. Çox təəssüf ki, bu hal var idi və əhali narazılığını bildirirdi. Qida Təhlükəsizliyi Agentliyinin apardığı bu iş çox zəruridir və davam etməlidir. Əhali kərə yağı seçən zaman yağları sıxsınlar və hansı yağlar daha bərk olursa, onun kərə yağı olduğunu bilib alsınlar. Qarışıq yağlar adətən yumşaq olurlar. Bu kimi amillərə fikir vermək lazımdır. Bütün hallarda şüphəli yağ gördükdə 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Aprel 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri