Icma.az
close
up
RU
Kərə yağı alarkən nələrə diqqət etməliyik? AÇIQLAMA

Kərə yağı alarkən nələrə diqqət etməliyik? AÇIQLAMA

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Son günlər ölkəmizdə kərə yağının keyfiyyətsiz və yararsız olması ilə bağlı xəbərlər geniş müzakirə olunur. İnsan sağlamlığı üçün vacib olan bu məhsulun keyfiyyətsizliyi ciddi narahatlıq doğurur. Bəs kərə yağı alarkən nələrə diqqət etməliyik və zərərli yağların orqanizmə təsiri nədir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan qida eksperti İlkin Şirinov bildirib ki, kərə yağları ilə bağlı məsələlər həmişə müzakirə obyekti olub:

“Bildiyimiz kimi, kərə yağları süddən istehsal olunur. Ən əsası kərə yağlarının tərkibi qatqısız olmalıdır. Birinci növbədə kərə yağları südün yağlılığı separatordan alınmadan istehsal olunmalıdır. Amma bəzən südün yağlılığını aldıqdan sonra həmin süd qalığının üzərinə müxtəlif bitki mənşəli bitki tərkibli yağlar əlavə olunur və ondan kərə yağı istehsal olunur. Nəticədə artıq burada kərə yağından danışmaq mümkün deyil. Burada yalnız qatqılı, yəni spret, bitki tərkibli yağdan danışmaq olur. Bir də məsələ yağların qiymət məsələsidir. Burada mən alıcıları diqqətli olmağa çağırıram. Ümumiyyətlə, yağların qiyməti əsas müzakirə olunan məsələlərdəndir. Çünki kiloqramı 4.50 azn, 5.5 azn,  7-8 azn-a təklif olunan yağ kərə yağı ola bilməz. Bu, bitki tərkibli yağdır. Bu yağlara isə müxtəlif kimyəvi rəngləndiricilər, dadlandırıcılar vurulur. Həmin yağlar ürək-damar xəstəliyindən əziyyət çəkən, mədəaltı vəzində, mədədə problemi olan insanlarda öz fəsadlarını göstərir. Həmçinin damar tıxanıqlığı, yəni tromplaşmanın birinci yaradan səbəblərdən biri qatqılı yağlardır”.

Ekspert insanları diqqətli olmağa çağırıb:

“Vətəndaşlarımıza üzərində markası olan, istehsalçının ünvanı, onun haqqında ətraflı məlumat, tərkibi göstərilən məhsulları almağı tövsiyə edirəm.  Məhsulları alarkən birinci növbədə onun dadından, vizual görünüşündən, rəngindən, qoxusundan ayırd etmək olur. Təmiz kərə yağından süd qoxusu gəlir və təmiz kərə yağı insanın ağız istiliyində əriyir. Eyni zamanda təmiz kərə yağı insanın əl istiliyində belə əriyir. Bir hissə kərə yağını isti suyun içinə atsaq, görərik ki, bu zaman həmin kərə yağı yağ təbəqəsi formasında həmin suyun üzərinə çıxır. Lakin qatqılı, yəni bitki tərkibli və müxtəlif kimyəvi tərkiblərdən ibarət olan yağsa kütlə formasında həmin o suyun dib hissəsinə çökmüş olur. 

Digər bir məsələ isə bu günləri yerli istehsal edən istehsalçılarımız var ki, məhsullar istehsal edirlər. Lakin müxtəlif reklamlar vasitəsilə xarici şirkətlərin məhsulları bu günləri bazarda kərə yağı adı altında satışı təşkil olunur. Amma bizim yerli istehsalımız var. Onlara meydanı buraxmaq lazımdır”.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Mart 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri