Icma.az
close
up
RU
Kərə yağı kimlərə olmaz? Həkim TÖVSİYƏSİ

Kərə yağı kimlərə olmaz? Həkim TÖVSİYƏSİ

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kərə yağı bir çox insanın sevdiyi məhsuldur. Faydasından əlavə o çörək-bulka məmulatlarına təkrarolunmaz ətir verir, yeməklərin dadını daha zərif və doyurucu edir. Lakin dad keyfiyyətlərinə baxmayaraq, kərə yağı bəzi kateqoriya insanlar üçün sağlamlığa təhlükəli ola bilər.

Bu barədə aif.ru rusiyalı mütəxəssislərə istinadla xəbər verib.

Bildirilir ki, kərə yağının qəbulu kəskin pankreatit və laktoza dözümsüzlüyü olan insanlar üçün tamamilə əks göstərişdir. Özü də onlara yağ təkcə təmiz halda deyil, çörək-bulka və digər xörəklərin tərkibində də olmaz.

Hamilə və süd verən qadınlarda çəki kəskin şəkildə artırsa, onlar da kərə yağı qəbulunu məhdudlaşdırmalıdırlar.

Yeddi aylığa qədər uşaqlara isə bu məhsulu vermək ümumiyyətlə məsləhət görülmür.

Mədə-bağırsaq problemləri olan yaşlı insanlara diyetoloqlar gündə 10 qramdan çox yağ yeməməyi məsləhət görürlər. Bu yaşda yağlı və kalorili qidalar çətin həzm olunur və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Bundan əlavə, kərə yağı artıq çəkisi, aterosklerozu, öd daşı xəstəliyi, ürək-damar xəstəlikləri, xüsusilə metabolik xarakterli xəstəlikləri olan insanlara əks göstərişdir. Bunun səbəbi məhsulun tərkibində xolesterinin yüksək olması və kalorililiyidir.

Qeyd edək ki, sağlam insanlara kərə yağı mötədil miqdarda - gündə 30 qramdan çox olmamaq şərti ilə çox faydalıdır. Bu məhsulda vitaminlər ("A", "B1", "B2", "B5", "D", "E", "PP", "K"), minerallar (maqnezium, natrium, kalsium, kalium, fosfor, sink, mis, dəmir, manqan), 20-si əvəzolunmaz olan 150 yağ turşusu, beta-karotin, omega-3-6 var. "A" vitamini miqdarına görə heç bir bitki yağı kərə yağı ilə müqayisə edilə bilməz. Yağ əsası sayəsində orqanizm B, E və D qrupu yağda həll olan vitaminləri daha yaxşı mənimsəyir.

Təbii mənşəli olması, asan həzm olunması və qidalı maddələrlə zəngin tərkibi müntəzəm istifadə zamanı kərə yağının sağlamlığa müsbət təsirindən danışmağa imkan verir. Enerji mənbəyi kimi, xüsusilə soyuq qış şəraitində fəal həyat üçün güc və enerji verir. Yağ mənbəyi kimi - hüceyrələrin yenilənməsinə kömək edir ki, bu da zehni əmək zamanı iş qabiliyyətini və davamlılığı artırır. Bundan başqa xərçəng xəstəliklərinin profilaktikasına xidmət edir, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və yaşlanma prosesini yavaşladır, serotonin istehsalını stimullaşdırır. Gündəlik bu dozada istifadə qəbizlik riskini azaldaraq mədə-bağırsaq sisteminin işini normallaşdırır, selikli qişaların işini tənzimləyir, cinsiyyət hormonlarının sintezində iştirak edir, immuniteti gücləndirir, sümük sistemini və dişləri möhkəmləndirir, "yaxşı" xolesterinin səviyyəsini artırır, bu da ürək-damar sistemini möhkəmləndirir, qan damarlarının elastikliyini və tonusunu qoruyur, antifunqal və antimikrob xüsusiyyətlərə malikdir, görmə qabiliyyətini, həmçinin dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır.(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri