Icma.az
close
up
RU
Kərimov qardaşlarının Rumıniya macəraları Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları Çoxsaylı mülklər necə əldə edilib?

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mediada Salyanın keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərlinin Rumıniyada çoxsaylı mənzillər almasına dair məlumatlar geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Ü.Abuzərlinin mətbuata açıqlama verərək xaricdə mülklər almasını hökumət fəaliyyəti ilə əlaqələndirməsi bu müzakirələri daha da artırıb.

Məsələyə münasibət bildirən şəxslər Azərbaycanda əldə edilmiş vəsaitlərin bu şəkildə xaricdə sərf edilməsinin düzgün olmadığını bildiriblər. Bununla yanaşı, Ümid Abuzərlinin guya 25 ildir Rumıniyada yaşaması barədə dedikləri də təsdiqini tapmayıb.

Belə ki, apardığımız kiçik araşdırma sabiq icra başçısının oğlunun son illərədək Azərbaycanda yaşadığını və müxtəlif  qurumlarda çalışdığını ortaya çıxarır.

Əvvəllər “Level Up Təhsil və İnkişaf Mərkəzi”nin təsisçisi kimi tanınan Ümid Abuzərli 2015-ci ildə Yeni Azərbaycan Partiyasının fəal gənclərindən biri laraq burada vəzifəyə təyin edilib. Ü.Abuzərli YAP-ın Gənclər Birliyinin Ofisinin koordinatoru kimi xarici ölkələrdə səfərlərdə olub. Bundan sonra isə Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Sədr Nazim İbrahimovun vaxtında gerçəkləşən bu təyinat birmənalı qarşılanmamış və narazılığa səbəb olmuşdu.

Daha sonra Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən Federasiyanın ümumi yığıncağında növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli isə vitse-prezident vəzifəsinə təsdiq ediliblər.

Rumıniyada yeni alınan yaşayış kompleksi

25 ildir Rumıniyada yaşadığını deyən Ümidin qardaşı Həmzənin isə bu ölkə ilə həqiqətən bağlılığı mövcuddur. Mətbuatda yer alan məlumatlarda Həmzənin adı Adnan Əhmədzadənin yaxın adamları və ortaqları siyahısında da yer alır. Belə ki, həmin siyahıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimova da rast gəlinir. Həmçinin yayılan məlumatlarda onların digər qardaşı Turalın Rumıniyada qeyri-qanuni fəaliyyət göstərdiyi və istintaqa cəlb edildiyi bildirilir.

Belə ki, T.Kərimov bir sıra SOCAR qaz stansiyalarının tikintisi ilə əlaqədar Rumıniya prokurorları tərəfindən çirkli pulların yuyulması və dövlət büdcəsinə yanlış informasiya verməkdə ittiham olunub. İstintaq hələ də davam edir.

Həmzə Kərimov OCCRP-ə bildirib ki, qardaşı Rumıniyada çox sərmayə yatıran yaxşı insandır və prokurorlar ona qarşı yalan ittiham irəli sürüblər.

Fotoda Həmzə Kərimov

7news.az-ın məlumatına görə, Kərimov qardaşlarının və tərəfdaşlarının hekayəsi təxminən 10 il bundan əvvəl, Həmzə Kərimovun Buxarestə gəlməsi ilə başlayıb. 23 yaşlı Həmzənin missiyası şəhərin ilk SOCAR ofisini idarə etmək idi. Onun qardaşı Tural daha sonra daşınmaz əmlak sahəsində işə başlayıb və eyni zamanda qısa müddət ARDNŞ-nin iqtisadi şöbəsində işləyib. Onların atası Tahir Kərimov 2016-cı ilin martında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vəzifədən azad olunana qədər Salyanda icra başçısı işləmiş mühüm siyasi şəxs idi.

Tahir Kərimov daha çox 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.

O zaman bu hadisə ölkədə böyük səs-küyə səbəb olmuş və Tahir Kərimovin vəzifədən uzaqlaşdırılmasına gətirib çıxarmışdı.

T.Kərimov daha əvvəllər Z. Tağıyev adına “Balıqhisləmə” zavodunun direktoru, “Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifəsində işləmişdi. Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinə rəhbərlik edib, oradan da Salyana göndərilmişdi.

Fotoda Tahir Kərimov

“Qaynarinfo”nun məlumatına görə, onun oğlu Ümid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Həmzə Kərimov isə 2007–2024-cü illər arasında “SOCAR Petroleum SA” şirkətinə rəhbərlik edib.

“Memaar Capital” Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahibdir və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.

Yeni layihə “Harmony Homes” adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan 2 mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə “Memaar Capital” şirkətinin nəzarətinə keçib.

Mediada yayılan bütün məlumatlarla bağlı Demokrat.az-a açıqlama verən Abuzərli heç bir qanunsuz işlə məşğul olmadığını vurğulayıb.

“Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, - o əlavə edib.

Qeyd edək ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, Ümid Abuzərli tərəfindən yaradılmış şirkət 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alınıb. Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Buxarest şəhərinin şimal kənarında, İlfov qraflığının Voluntari bölgəsindəki Pipera məhəlləsində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

Fotoda Ümid Abuzərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Fevral 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri