Kərki ilə bağlı arxiv sənədi araşdırılır İrəvanda yeni qarşıdurma başladı
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Kərki ərazisinin Azərbaycan SSR-ə məxsusluğunu təsdiqləyən rəsmi sənədlər məsələsi Ermənistanda yenidən müzakirəyə çıxarılıb.
Turkustan.az xəbər verir ki, Ermənistan mediası baş nazirin müavini Mher Qriqoryanın ofisinə Kərki ilə bağlı rəsmi sənədlərin mövcudluğu barədə sorğu göndərib.
Eyni zamanda soruşulub ki, Azərbaycan-Ermənistan sərhədinin gələcək delimitasiyası zamanı Tavuş istiqamətində olduğu kimi, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1:100 000 miqyaslı topoqrafik xəritələrindən istifadə ediləcəkmi.
Lakin Mher Qriqoryanın ofisi bu suallara birbaşa cavab verməyib.
Ofisdən bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı hissələrinin, o cümlədən anklav və eksklavların delimitasiyası iki ölkənin müvafiq komissiyalarının birgə fəaliyyəti haqqında reqlamentə uyğun həyata keçiriləcək.
Açıqlamada həmçinin vurğulanıb ki, komissiyaların fəaliyyəti birgə iclas və işçi görüşlərinin keçirilməsi qaydalarına uyğun işıqlandırılır. Komissiyaların nəticələri ilə bağlı mediaya təqdim edilən rəsmi məlumatların hərfi məzmunundan kənara çıxan istinadların, izahların və şərhlərin etibarlı hesab edilmədiyi qeyd olunub./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 30 Sentyabr 2026 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















