İrəvanda Kərki təşvişi “Bir neçə həftəyə Azərbaycan hərbi bazası olacaq”
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan Kərkinin Azərbaycana qaytarılmasının Ermənistanın cənub istiqamətində nəqliyyat əlaqələri üçün ciddi risklər yaradacağını bildirib.
Turkustan.az xəbər verir ki, Arutyunyan baş nazir Nikol Paşinyanın anklavlarla bağlı son bəyanatını şərh edərkən danışıb.
Onun sözlərinə görə, Kərkinin Azərbaycana qaytarılması halında vəziyyət qısa müddətdə dəyişə bilər:
“Əgər Kərki Azərbaycana verilərsə, bir neçə həftədən sonra orada hərbi baza yaradılacaq. Bu o deməkdir ki, cənuba gedən əsas yol Azərbaycanın nəzarətinə keçəcək. Bu, Zəngəzur və Vayots-Dzorla əlaqənin iflic olmasına və erməni əhalisinin həmin ərazilərdən köçməsinə gətirib çıxaracaq”.
Arutyunyan yeni gərginlik ocaqlarının yaranmasının qarşısını almaq üçün mübahisəli məsələlərin diplomatik həllinə beynəlxalq tərəfdaşların cəlb edilməsini təklif edib. Onun fikrincə, bu, Kərki məsələsinin Ermənistanın maraqlarına uyğun həllinə nail olmağa imkan verə bilər./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 22 Avqust 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















