“Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilir AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 10 dekabr, AZƏRTAC
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik ediləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin dekabrın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanunun 7.2.5-ci və 18.4-cü maddələrinə təklif edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, Silahlı Qüvvələrin tərkib hissəsinə Azərbaycan Ordusu ilə yanaşı, başqa silahlı birləşmələr də daxil olduğundan layihədə “başqa silahlı birləşmələr” ifadəsinin çıxarılması təklif edilir. Digər dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Sənəd layihəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımırlar.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 10 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















