Icma.az
close
up
RU
Keşiş Baqrat yeni xaç yürüşünə hazırlaşır

Keşiş Baqrat yeni xaç yürüşünə hazırlaşır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda hökumət əleyhinə hərəkatın rəhbəri, erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan mübarizənin yeni mərhələsinə başladıqlarını bildirib. “Müqəddəs hərəkat” adlanan təşkilatın lideri bu barədə fikirlərini yanvarın 11-də erməni xalqına “Facebook” vasitəsilə canlı yayımda etdiyi müraciəti zamanı açıqlayıb. Keşiş deyib: “Biz küçələrdə, meydanlarda, şəhərlərin qapıları önündə, divarlarda, bir sözlə, hər yerdə olacağıq. Ədalətin təntənəsini istəyən günahsızlar (?) geri çəkilməyəcəklər”.

B.Qalstanyan daha sonra obrazlı şəkildə bildirib ki, onların evləri bürümüş çirkabı təmizləməkdən başqa istəkləri yoxdur: “Bizim gündəliyimizdə evimizdən pisliyi silməkdən başqa heç bir işimiz, kiminləsə problemimiz yoxdur. Bu bizim düşüncəmiz və hər gün, hər saat işimizdir”.

Ermənistanın rəsmi şəxslərinin Azərbaycanla apardıqları sülh danışıqlarına münasibət bildirən arxiyepiskop bunu yalan adlandırıb. “Sülh məhv olmaq demək deyil. Müqəddəs Milad bayramından sonrakı bu ilk görüşlə biz mübarizəmizin yeni mərhələsinə başlayırıq və əminəm ki, bu mərhələdə biz əsl sülhü təmin edəcək yekun qələbəyə nail olacağıq”.

Qeyd edək ki, bir neçə gün öncə baş nazir N.Paşinyan Ermənistanda həyatın “qaynadığını” bildirib. Deyib ki, onu tənqid edənlər Ermənistanda həyatın dayanmasını, müharibə atmosferinin hökm sürməsini istəyirlər. Baqrat isə N.Paşinyana cavabında yenə də məsələni Azərbaycana bağlamağa çalışıb: “Azərbaycan tərəfi ölkəmizi “qətl və ya intihar” seçimi qarşısında qoyduğu halda, baş nazir postunu tutan şəxs Ermənistanda həyatın qaynadığını bəyan edir. Onun sülh quruculuğu ilə necə məşğul olduğu hamıya aydındır. Bu, kompromis, fürsətçillik, məğlubiyyət və kapitulyasiyadır. Bir sözlə, sülhdən başqa hər şeydir. Bununla yanaşı, qeyd etməliyəm ki, əsl sülh qazanılmalı olan dəyərdir”.

Daha sonra keşiş radikal revanşist kəsimi təmsil edənlərin mövqeyini bu sözlərlə çatdırıb: “Bizə “yedirdilən”, sırınan “sülh” mənəvi iflicdir. Sülh dağıdıcılığı nəzərdə tutmur. Sülh bataqlıqda boğulmaq demək deyil. Bəli, sülhün alternativi yoxdur, amma sülh qalib gəlməlidir. Qələbə yoxdursa, sülh də ola bilməz. Bizim hərəkatımız birbaşa həyatımızın xilas edilməsinə, həqiqətin təsdiqini tapmasına, qələbənin yekun nəticəsinə (?) aparacaq. Bizi bu yoldan heç nə döndərə bilməz: Nə səs-küy, nə tənqid, nə məyusluq, nə də ümidsizlik. Qələbəmizin yekun nəticəsi qeydə alınana qədər heç nə bizi öz işimizi görməkdən yayındıra bilməz”.

Baqratın bu fikirləri Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Hayastan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Andranik Koçaryan Qalstanyanı psixiatra müraciət etməyə çağırıb. Deputat “Nyus.am”a açıqlamasında deyib: “Bu yaxınlarda, o, daha bir yalan uydurmuşdu. Demişdi ki, guya, ona informasiyanı Qaqik Melkonyan, Andranik Koçaryan və Arpi Davoyan ötürür. Dinlə, keşiş, psixiatra get və ruhi vəziyyətini qaydasına salmağa çalış. Artıq heç kim sənə ciddi adam kimi baxmır. Biz ölkəmizdə sabitliyin təmin olunmasına diqqət yetirməliyik. Gerçək din xadiminə boş vədlər vermək və yalan danışmaq yaraşmaz”.

Ümumiyyətlə, Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca siyasi müstəvidə gərginlik də artır. Bir sıra ekspertlər 2025-ci ili Paşinyan iqtidarı üçün hazırlıq dövrü adlandırırlar. 2024-cü ildə Nikolun qanunverici orqanda hakim “Mülki müqavilə” fraksiyasını təmsil edən bir neçə deputatla yollarını ayırmasını da iqtidarın öz cinahını gücləndirmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirənlər az deyil. Hətta, bu il Hayastanda növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi ehtimalı da səslənir. Belə fikirdə olanlardan biri elə bu yaxınlarda N.Paşinyanın təkidi ilə hakim fraksiyadan uzaqlaşdırılan, baş nazirin keçmiş silahdaşı, deputat Ovik Aqazaryandır.

Aqazaryan deyib ki, N.Paşinyan yaxın aylarda vəzifəsindən istefa verəcək. O, bu fikirdə olmasını ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib. Ötən ilin sonuna qədər hakim komandada təmsil olunan və hakimiyyətin yuxarı eşalonlarında baş verənlərdən xəbərdar olan Aqazaryan hesab edir ki, cari xarici siyasi hadisələr növbədənkənar seçkilərin hakimiyyətin maraqlarına uyğun olduğu şəraiti yaradır. Onun sözlərinə görə, hazırda Paşinyanın yenidən etimad mandatı alması və öz planlarını irəli aparması üçün daha çox şansı var. “Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var” – deyə Aqazaryan təfərrüatları açıqlamadan vurğulayıb.

Bu arada Ermənistan kütləvi informasiya vasitələri Paşinyanın milli təhlükəsizlik xidmətinin rəhbəri Armen Abazyanı vəzifəsindən azad etmək niyyətində olduğuna dair məlumat yayıblar. Qeyd edilib ki, Nikol bu vəzifəyə xidmətin indiki rəhbərinin müavini Andranik Simonyanı təyin etməyi planlaşdırır. Məlumatda o da qeyd edilir ki, Paşinyan qurumun hazırkı rəhbərinə etibar etmir və artıq uzun müddətdir Abazyana verdiyi göstərişləri Simonyana da verir. Milli təhlükəsizlik xidmətinin rəhbəri Paşinyanın siyasi göstərişlərini qeyd-şərtsiz yerinə yetirmir, onları Simonyan həyata keçirir.

Qeyd olunur ki, Abazyan Rusiyapərəst məmur hesab olunur. Sistemin əvvəlki rəhbərləri kimi əsasən Rusiyada, xüsusilə Federal Təhlükəsizlik Xidmətinin Akademiyasında təhsil alıb. “O, bu səbəbdən öz vəzifəsində qalmaqda davam edir və Paşinyana onu işdən çıxarmağa icazə vermirlər” – deyə erməni mediası yazır.

İki ay öncə Ermənistanın ədliyyə naziri təyin edilmiş Srbui Qalyan isə yanvarın 14-də 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycanın sülh danışıqlarına əsas əngəllərdən hesab etdiyi konstitusiya dəyişikliyi barədə danışıb. Bildirib ki, ölkənin yeni konstitusiyasının mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır. O, əsas qanunun yeni mətninin hazırlanmasının qurumun prioritet vəzifəsi olduğunu bildirib.

Qeyd edək ki, N.Paşinyan da bir il öncə – 2024-cü il yanvarın 18-də ədliyyə nazirliyinin əməkdaşları ilə görüşündə ölkəyə mövcud parlament idarəetmə formasını saxlamaqla yeni konstitusiya lazım olduğunu bildirmişdi. O, bunun zəruriliyini dünyada, regionda və Ermənistanda baş verən dəyişikliklərlə əsaslandırmış və əlavə etmişdi ki, ölkəyə “heç kimin şübhə etmədiyi” konstitusiya lazımdır.

Onu da bildirək ki, Azərbaycan tərəfi dəfələrlə sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin imzalanması üçün Ermənistanın öz konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını aradan qaldırmaq məqsədilə dəyişikliklər etməli olduğunu deyib. 2024-cü il sentyabrın 27-də Paşinyan BMT Baş Assambleyasının sessiyasında Azərbaycanla sülh sazişinin imzalanması üçün ölkəsinin konstitusiyasının dəyişdirilməsinin mümkünlüyündən bəhs etmişdi.

Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, hazırda Ermənistanda hakimiyyət əleyhinə kütləvi etiraz aksiyaları – mitinq və nümayişlər keçirilmir. Amma, bu, Paşinyanın əleyhdarlarının mövcud olmaması, yaxud sakit oturduqları demək deyil. Onun sözlərinə görə, Paşinyanı devirmək, yeni hakimiyyət qurmaq, geosiyasi anlamda Ermənistan üzərində dominant olmaq istəyən güc mərkəzləri mövcuddur. Nikol bir tərəfdən Qərbin tezislərini yerinə yetirirsə, Brüsselin narrativlərinin implementasiyası üçün çalışırsa, digər tərəfdən Kremlin qəzəbinə tuş gəlir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurur, quruma üzvlük haqqı ödəmir, MDB-nin iclaslarında iştirak etmir. Avrasiya İqtisadi İttifaqının iclasları Ermənistan üçün önəm daşısa da, görüşlərə yalnız onlayn formatda qatılır. Hətta, Ermənistan nümayəndə heyəti Belarusda keçiriləcək görüşdə də canlı şəkildə iştirak etməyəcək. Rusiyada da düşünürlər ki, belə müttəfiqlik, dostluq, tərəfdaşlıq olmaz və ən rahat plan kimi Paşinyanı dəyişmək haqqında da zaman-zaman fikirlər eşidilir. Rusiya–Ukrayna müharibəsinin gedişi vəziyyəti dəyişir. Müharibə Ermənistan hakimiyyətini Kreml üçün müəyyən mənada məqbul şəraitdə formalaşdırır. Çünki təkrar ixracda (reeksport) və Rusiyanın ehtiyac duyduğu bəzi malların əldə edilməsində Ermənistan həvəslə iştirak edir. Almazların, digər qiymətli daşların ixracı fonunda, müasir texnologiyaların əldə edilməsində də İrəvan mümkün potensialından maksimum istifadə edir. Elə bunun nəticəsidir ki, Rusiya ilə Ermənistan arasında misli görünməmiş iqtisadi artım əldə olunub”.

Politoloq qeyd etdi ki, eyni zamanda, Baqrat Qalstanyanın da səsi zaman-zaman gah yüksəlir, gah da batır. Bu da ona verilən tapşırıqların, tezislərin bu və ya digər formada icrasının nəticəsi hesab olunur: “Eyni zamanda, hesab edirəm ki, gələn il Ermənistanda parlament seçkiləri kifayət qədər gərgin olacaq. Qərb özü də Nikol Paşinyana rahatlaşmağa imkan verməyəcək. Artıq Paşinyanın əvəzlənməsi üçün ayrı-ayrı siyasi qüvvələrin də dəyərləndirilməsi nəzərdən keçirilir. Rusiya özü də gücünü, namizədlərini səfərbər edir. Bütün bunlar Gürcüstanda şahidi olduğumuz kimi, Ermənistanda da ayrı-ayrı güc mərkəzlərinin İrəvan üzərində müəyyən siyasi-seçki mübarizəsini, savaşını da formalaşdıra bilər”.

Müsahibimiz, həmçinin bildirdi ki, bu proseslərin Azərbaycana da təsirləri var. Habelə, sülh prosesinə də təsiri mümkündür. Azərbaycan prosesləri diqqətlə izləyəcək. Ermənistanla sülh müqaviləsinin imzalanması, bu istiqamətdə görülən işlərin sürətləndirilməsi və 2025-ci ildə prosesin məntiqi sonluğuna çatmaq ölkəmiz üçün hər zaman olduğu kimi aktuallığını qoruyacaq.

Səxavət HƏMİD 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

“TikTok”da təhqir olunan şəxs hara müraciət etsin?

29 May 2025 17:22see118

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri