Keşiş Baqrat separatçıları başına topladı
Icma.az, Tribuna portalına istinadən məlumat verir.
- +
Ermənistanda son meydan hərəkatını başladan, lakin heç bir uğur qazana bilməyən Keşiş Baqrat, indi də Qarabağdan könüllü köçmüş ermənilərin başını piyləməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, dünən Eçmiəzdin kilsəsinin emissarı separatçıları başına toplayaraq, onlara xeyli nağıl danışıb.
Belə ki, separatçıların qondarma “parlament”i ilə keçirilən qapalı görüşdə etiraz aksiyaları, Qarabağdan köçən ermənilərin müxalifətə dəstək verməsi və digər məsələlərdən danışılıb. “Hraparak” qəzeti yazır ki, Keşiş Baqrat onların dəstəyini almağa çalışıb.
Qeyd edək ki, kilsə və Rusiyanın əsas adamı kimi tanınan Baqrat Ermənistanda bir sıra aksiyalar keçirsə də, heç bir nüfuz qazana bilməyib. Bu yaxınlardan Moskvaya səfər edən və şübhəsiz ki, yeni təlimatlar almış keşişin döndükdən sonra separatçılara görüşməsi müzakirə mövzusudur. Çünki əksəriyyət onun məhz separatçılarla birləşərək, müəyyən təxribatlar törətmək fikrində olduğunu qeyd edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 11 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















