Keti Perri Ağ Evə etiraz etdi
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, müğənni bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Özünə hörmət və ruhlandırma mesajını dağıntı və zorakılıq görüntülərinə musiqi kimi əlavə etmək mənim mahnımın müdafiə etdiyi bütün dəyərlərə tamamilə ziddir", - deyə Perri bildirib.
Müğənni qeyd edib ki, onun musiqisindən bu cür kontekstdə istifadə edilməsinə razılıq verməyib. O vurğulayıb ki, "Firework" mahnısını həyatlarının ən çətin dövrlərindən keçən insanlar üçün ümid, sağalma və daxili güc himni kimi yazıb.
Perrinin sözlərinə görə, onun musiqisinin məqsədi müharibəni təbliğ etmək deyil, insanları birləşdirməkdir.
Qeyd edək ki, Ağ Evin "TikTok" hesabında İrana zərbələri əks etdirən video yayımlanıb. Videoda Keti Perrinin "Firework" mahnısından istifadə olunub.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 26 İyul 2026 05:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















