Keti Perrinin keçmiş əri həbs edildi
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Britaniyalı aktyor və komediyaçı Rassel Brend cinsi zorakılıqda təqsirli bilinib.
Axşam.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Andlılar məhkəməsi dörd qadına qarşı törədilmiş bir zorlama və üç cinsi zorakılıq epizodu üzrə aktyoru təqsirli hesab edib. Qərarın elan olunmasından sonra Keti Perrinin keçmiş həyat yoldaşı həbs olunub.
Məhkəmə aktyorun barəsində hökmü noyabrın 9-da elan edəcək. Hakim onu ciddi həbs cəzasının gözlədiyini bildirib.
Qeyd edək ki, polis 2023-cü ilin sentyabrında "Channel 4" telekanalı və "Sunday Times" qəzetinin araşdırmalarından sonra Brend barəsində istintaqa başlayıb. Araşdırmada 2006-2013-cü illərdə baş verdiyi iddia olunan hadisələrdən bəhs edilib. Qadınlardan biri aktyorun 31, özünün isə 16 yaşında olduğu vaxt onunla münasibətdə olduğunu açıqlayıb.
Komediyaçı ona qarşı irəli sürülən ittihamları rədd edib. O, münasibətlərinin hər zaman qarşılıqlı razılıq əsasında olduğunu bildirib.
Xatırladaq ki, Keti Perri və Rassel 2010-cu il oktyabrın 23-də Hindistanda evləniblər. Onlar 14 ay sonra ayrılıblar və 2012-ci ilin iyulunda rəsmi boşanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 Noyabr 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















