Icma.az
close
up
RU
Ketrin Zeta Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı

Ketrin Zeta Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

56 yaşlı uelsli aktrisa Ketrin Zeta-Cons 81 yaşlı amerikalı aktyor Maykl Duqlasla 26 illik evliliyinin uzunömürlü olmasının səbəbini açıqlayıb.

Sherg.az xəbər verir ki, Ketrin Zeta-Cons və Maykl Duqlasın münasibətləri təxminən 30 il əvvəl başlayıb. Cütlüyün Dylan və Karys adlı iki övladı var.

2013-cü ildə Maykl Duqlasa boğaz xərçəngi, Ketrin Zeta-Cons isə bipolyar pozuntu diaqnozu qoyulduğu çətin dövrdə cütlük qısa müddətə ayrılıb. Lakin daha sonra yenidən bir araya gəliblər.

Zeta-Cons evliliklərinin sirrinin “çalışmaq” olduğunu deyib. Aktrisa bildirib ki, onların münasibətlərində bir-birindən ayrı keçirdikləri zaman da mühüm rol oynayır.

“Maykl deyir: "Bu işi gör, möhtəşəmdir!" Sonra təyyarəyə minib məni görə bilir”, - deyə aktrisa bildirib.

“The Sunday Times Culture” nəşrinə müsahibəsində Zeta-Cons bildirib ki, həyat yoldaşı ilə daim birlikdə olmaq əvəzinə, hər ikisinin öz işi və şəxsi həyatı ilə məşğul olması münasibətlərini daha sağlam saxlayıb.

“Əgər hər səhər oyanıb ‘Səhər yeməyində nə istəyirsən, əzizim?’ deməli olsaydım, düşünürəm ki, evliliyimiz heç vaxt bu qədər uzun sürməzdi”, - deyə aktrisa qeyd edib.

Təxminən 60 illik karyerasından sonra Maykl Duqlas 2022-ci ildə aktyorluğa fasilə verib və yalnız xüsusi layihə üçün ekranlara qayıdacağını açıqlayıb.

Ketrin Zeta-Cons isə karyerasını davam etdirib. Aktrisa son illərdə populyarlaşan “Wednesday” serialında Mortisiya obrazını canlandıraraq böyük uğur qazanıb. Onun növbəti layihəsi isə keçmiş narkotik kraliçasını canlandıracağı “Kill Jackie” serialıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see369

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see314

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see312

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see308

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see298

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see290

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see283

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see262

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see238

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see233

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see229

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see228

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see227

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see211

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see211

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see207

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see199

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see199

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri