“Kevin”in anasının ölüm səbəbi açıqlandı
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Schitt’s Creek” serialı və “Evdə tək” (“Home Alone”) filmi ilə tanınan məşhur kanadalı aktrisa Ketrin O’Haranın ölüm səbəbi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, Los-Anceles Şəhər İctimai Səhiyyə Departamentinin açıqladığı və TMZ tərəfindən yayımlanan ölüm şəhadətnaməsinə əsasən, aktrisa ağciyər emboliyası səbəbindən vəfat edib.
Sənəddə həmçinin düz bağırsaq xərçənginin əsas tibbi səbəblərdən biri olduğu qeyd olunub.
71 yaşlı Ketrin O’Hara 30 yanvar 2026-cı il tarixində dünyasını dəyişib. Onun cənazəsinin kremasiya edildiyi bildirilib.
Qeyd edək ki, O’Hara 2020-ci ildə “Schitt’s Creek” serialında canlandırdığı Moira Rouz obrazına görə “Ən yaxşı komediya aktrisası” nominasiyasında “Emmy” mükafatına layiq görülüb. O, 1990-cı ildə çəkilmiş “Evdə tək” filmində baş qəhrəman “Kevin”in anası rolunu, eləcə də, “Beetlejuice” filmində Delia Dits obrazını canlandırıb.
Aktrisa son olaraq Set Rogenin 2025-ci ildə ekranlara çıxan Hollivud satirası janrında çəkilmiş “The Studio” serialında işdən çıxarılmış studiya rəhbəri Patti Li rolunda tamaşaçı qarşısına çıxmışdı.
Baxış sayı:91
Bu xəbər 10 Fevral 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















