Icma.az
close
up
RU
Keyfiyyətli futbolçular gətirmək lazımdır ki, Premyer Liqanın səviyyəsi artsın MÜSAHİBƏ

Keyfiyyətli futbolçular gətirmək lazımdır ki, Premyer Liqanın səviyyəsi artsın MÜSAHİBƏ

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç Misli Premyer Liqasının 18-ci turunun "Araz-Naxçıvan"la(2:0) görüşündən sonra jurnalistlərə müsahibə verib. Sportal.az monteneqrolunun müsahibəsini təqdim edir.

- "Araz-Naxçıvan"la görüşdə qələbə qazandınız. Oyun sizin üçün necə alındı?

Çox maraqlı və sərt oyun alındı. "Araz-Naxçıvan" çox maraqlı komandadır. Vacib derbi idi. Şadam ki, ili üç xalla bitirdik. İndi aramızda 8 xallıq fərq var. Fasilənin ləzzətini çıxaracağıq. 

- Oyunun gedişində Urfan Abbasovla mübahisəniz var idi. Hətta bir epizodda cərimə zərbəsi başlayanda topu ona vurmuşdun. Onunla aranızda nə baş vermişdi?

Mən topu Juninyoya vermək istəyirdi. Sadəcə elə alındı ki, top Ürfana dəydi. O da elə düşündü ki, bunu bilərəkdən etmişəm. Amma bunu qəsdən etməmişdim. Futboldur, derbidir, emosiyalar ola bilər. Mənim üçün hər şey meydançada qalır. Oyundan sonra hər şey unudulur.

- 2024-cü il özün üçün necə alındı? 

Maraqlı il idi. Yaxşı keçdi. Biz çox oyun keçirdik. Hər zaman sağlam qalmaq olmur. Hər futbolçunun karyerasında belə hadisə baş verir. Xüsusisən də bizdə. Çox oyun keçirdik. İndi də bizdə heyətdə bir neçə zədəli futbolçu var. Ümid edirəm ki, 2025-ci ildə hər şey daha yaxşı olacaq. Mövsümün ikinci hissəsini daha yaxşı keçirib, daha yaxşı nəticələr qazanacağıq.

- Bu ili "Qarabağ" üçün necə dəyərləndirirsən?

İli iki hissəyə bölərdim. İlin birinci hissəsində tarixi nəticələr əldə etdik. "Braqa" və "Bayer"ə(Leverkuzen) qarşı möhtəşəm pley-off oyunları keçirdik. İllər sonra da bu anları yada salacağıq. Çempionlar Liqasının seçmə mərhələsi...Təəssüflər olsun ki, pley-off mərhələsində dayandıq. Avropa Liqasında da çıxışa başladıq. Heç bir oyunda uduzmamalı idik. Yaxşı oyunlar göstərmişdik. Təəssüf ki, nəticələr xeyrimizə olmadı. Çalışacağıq ki, 2025-ci ildə bunu daha yaxşı edək.

- Necə düşünürsən, ötən mövsümlə müqayisədə Premyer Liqada rəqabət artıb, yoxsa necə?

Birmənalı olaraq, bəli. Fərq hiss olunur. Çempionatda daha keyfiyyətli futbolçular oynayırlar. Azərbaycan futbolunda da çıxış yolu odur. Keyfiyyətli futbolçular gətirmək lazımdır ki, liqanının səviyyəsi, yaxşı oyunların sayı artsın, azarkeşlər stadiona gəlsin, oyunlar da yüksək səviyyədə keçsin.

- "Qarabağ"ın Avropa Liqasındakı vəziyyəti ürəkaçan deyil. Qarşıda iki matç qalıb. Vəziyyətə real baxsaq, şanslar necədir?

Hər şey bizdən asılı deyil. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı iki oyunu udaq. Digər komandalar necə oynayacaq, ondan da çox şey asılıdır. Amma dediyim kimi, biz hər şeyi edəcəyik ki, qələbə qazanaq. Mübarizəni sona qədər aparacağıq.

- İlin sonunda müxtəlif sorğular keçirilir. Onlardan biri də Azərbaycanda "ilin ən yaxşı futbolçusu"dur. Sənə görə Azərbaycanda ilin ən yaxşı yerli oyunçusu kimdir?

Mənə vaxt lazımdır, üzrlü sayın. Mən Toral Bayramovu deyərdim. Çox və vacib qollar vurub. Onun gözəl gələcəyi var.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sportal.az
archiveBu xəbər 23 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri