Icma.az
close
up
RU
Keyfiyyətsiz qida, ağır iş və az maaş: Azərbaycanda infarktın artma səbəbləri HƏKİM

Keyfiyyətsiz qida, ağır iş və az maaş: Azərbaycanda infarktın artma səbəbləri HƏKİM

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar gənclər arasında ölüm artır. 

Ölüm səbəbləri arasında infarkt xəstəliyi də mühüm yer tutur. Kardiologiya üzrə Elmi Tədqiqat İnstitutunun direktoru, professor Gülnaz Dadaşova bildirib ki, Azərbaycanda infarkt keçirənlərin 35%-ni 35-50 yaşlı şəxslər təşkil edir. 

Qeyd edək ki, əvvəllər infarkt hallarına yaşlı nəsil arasında daha çox təsadüf edilirdi. Bəs son illər gənclərin infarkt keçirməsi halları niyə artıb və bu xəstəliyin cavanlaşmasının səbəbi nədir? 

Məsələ ilə bağlı həkim-terapevt Rasif Bağırov "Cebheinfo.az"a bildirib ki, 35 yaşdan yuxarı infarktların sayının çoxalması əslində faciədir: 

"Adətən bir vaxtlar deyərdilər ki, kişilərin 55, qadınlar isə 65 yaşında infarkta tutulma ehtimalları var. Ancaq indi bu həddin 55 yaşdan 35 yaşa düşməsinin çox müxtəlif səbəbləri var. Səbəblərdən biri odur ki, qidaların  keyfiyyətsizdir, insan orqanizminə zərər verir. İkinci bir tərəfdən insanların tapdığı iş həddindən artıq ağır və maaş da az olduğuna görə insanlarda əsəb gərginliyi yüksək olur. Əsəb gərginliyi yüksək olanda, bədəndə adrenalinin səviyyəsi qalxır və damarların divarında gərginlik baş verir. Nəticədə qan dövranında müəyyən pozğunluqlar olur və infarkt halları tez-tez baş verir. Bu iki əsas faktor insanlarda infarktın geniş yayılmasını, cavanlaşmasını şərtləndirən əsas amillərdən biridir”. 

Həkim bildirib ki, ekoloji problemlər bu amillərdən sonra 3-cü plana keçir:

“Ancaq onun da rolu həddindən artıq böyükdür. Çünki kiçik bir şəhərə həddindən artıq insanın toplaşması, binaların, evlərin sıxlaşması, təmiz havanın insanlara çatmasını, küçələrdə həddindən çox avtomobil sıxlığının yaranması, qazın havanın üzərində qalması  təmiz oksigenin qəbulunu çətinləşdirir. Nəticədə bədənin oksigenlə təchizatında müəyyən problemlər yaranır. Araşdırma aparılarsa, daha çox problemlər üzə çıxa bilər". 

Həkim deyir ki, infarktın 35 yaşa qədər cavanlaşmasının qarşısını almaq üçün insanların həyat şəraiti yaxşılaşdırmaq lazımdır: 

"Əslində infarkt sosial problemlərin ağırlığından meydana çıxan xəstəliklərdir. Əgər insanın həyatı, iş şəraiti normal olarsa, onun infarkt olma ehtimalı çox az olar. Məsələn, insanlar  1,5 oklad  işləyib, 1 okladın pulunu belə, ala bilmirsə, bu, onun üçün problemdir. Yaxud dünyada 6 saat iş müddəti varsa, bizim ölkədə əksinə, 9-10 saatdır. Hətta bizdə əhalinin böyük əksəriyyəti 12-14 saata qədər işləyir. Demək olar ki, insanların istirahəti üçü vaxt qalmır. Belə olduğu təqdirdə təbii ki, həmin xəstəliklərin də sayı artmalıdır". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: infarkt səbəblər həkim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Mart 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri